Digər · kapital
Daxili kommunikasiya üzrə aparıcı mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 09.10.2026 · Son tarix: 23.10.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Daxili kommunikasiya fəaliyyətlərinin daha sistemli və effektiv təşkili, şirkət daxilində məlumat mübadiləsinin gücləndirilməsi və əməkdaş təcrübəsinin inkişaf etdirilməsi məqsədilə komandamıza yeni əməkdaş axtarırıq. Vəzifə öhdəlikləri: Daxili kommunikasiya strategiyası və fəaliyyət planı çərçivəsində ona həvalə olunan layihə, kampaniya və kommunikasiya sorğularını planlaşdırır və icra edir. Kommunikasiya məqsədini, auditoriyanı, əsas mesajı, uyğun kanalı və icra müddətini müəyyənləşdirir, tapşırıqları prioritetləşdirir və statusunu izləyir. Strateji təşəbbüs, təşkilati dəyişiklik və rəhbərlik kommunikasiyası üzrə elan, xəbər, təqdimat, çıxış, video mesaj, sual-cavab və tədbir materialları hazırlayır. Korporativ mədəniyyət, əməkdaş bağlılığı, tanınma, əməkdaş təcrübəsi, işəgötürən brendi və KSM təşəbbüsləri üzrə kommunikasiya məzmunları və kampaniyalar hazırlayır. Xəbər, elan, başlıq, sloqan, çağırış və digər mətnləri yazır və redaktə edir, mürəkkəb məlumatları aydınlaşdırır, çoxdilli uyğunlaşdırma və təsdiq prosesini təmin edir. İntranet, elektron poçt, rəqəmsal ekran və digər kanallar üçün məzmun hazırlayır, yerləşdirir, aktuallığını izləyir, məzmun planı və nəşr təqviminə töhfə verir. Video, foto, vizual və tədbir materialları üzrə brif və ssenarilər hazırlayır, yaradıcı tərəflər və xidmət təminatçıları ilə icranı koordinasiya edir. Həssas və böhran kommunikasiyasında yalnız təsdiqlənmiş məlumatların yayımını təmin edir, yanlış məlumat və risklər barədə rəhbəri məlumatlandırır. Geribildirim, sorğu və kanal göstəricilərini toplayır və təhlil edir, fəaliyyət və nəticə hesabatları, təkmilləşdirmə təklifləri və mükafat müraciətləri hazırlayır. Layihə büdcəsi, təchizatçı, satınalma və sənədləşmə proseslərini izləyir, aidiyyəti tərəflərlə koordinasiya aparır və daha az təcrübəli əməkdaşlara dəstək göstərir. Tələblər: Kommunikasiya, ictimaiyyətlə əlaqələr, jurnalistika, marketinq, insan resursları, sosial elmlər və ya əlaqəli sahə üzrə ali təhsil və praktik təcrübəyə malik olmaq. Daxili kommunikasiya materiallarının, kampaniyaların və layihələrin hazırlanması və icrası üzrə təcrübəyə malik olmaq. Dəyişiklik və lider kommunikasiyası, korporativ mədəniyyət, əməkdaş bağlılığı və işəgötürən brendi barədə anlayışa malik olmaq. Güclü kopiraytinq, redaktə, korrektə, hekayələndirmə və mürəkkəb məlumatları aydın təqdim etmək bacarığına malik olmaq. İntranet, elektron poçt, rəqəmsal ekran və əməkdaş platformalarında məzmun hazırlamaq və idarə etmək bacarığına malik olmaq. Video ssenari, kreativ brif, təqdimat və müxtəlif kommunikasiya formatları hazırlamaq, yaradıcı tərəflərlə koordinasiya aparmaq bacarığına malik olmaq. Kommunikasiya göstəriciləri, sorğu və geribildirim məlumatlarını toplamaq, təhlil etmək və hesabat hazırlamaq bacarığına malik olmaq. Planlama, prioritetləşdirmə, problem həlli, komanda işi və daha az təcrübəli əməkdaşlara istiqamət vermək bacarığına malik olmaq. Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək; MS Office, kommunikasiya və süni intellekt alətləri ilə işləmək bacarığına malik olmaq. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri