Digər · kapital
Identity Management (IDM) üzrə Aparıcı / Baş mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 09.10.2026 · Son tarix: 25.10.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Bu rolda One Identity Manager platformasının etibarlı və fasiləsiz fəaliyyətinin təmin edilməsində, korporativ sistemlərlə inteqrasiyaların idarə olunmasında və texniki proseslərin təkmilləşdirilməsində mühüm rol oynayacaqsınız. Vəzifə öhdəlikləri: One Identity Manager platformasının server və sistem komponentlərinin administrasiyasını həyata keçirmək. Platformanın xidmət və komponentlərinin monitorinqini aparmaq, texniki dəstək göstərmək. Job Service, Job Queue və DBQueue komponentlərini idarə etmək, yaranan texniki problemləri araşdırmaq və aradan qaldırmaq. Synchronization və Provisioning proseslərini izləmək və dəstəkləmək. One Identity Manager platformasının digər sistemlərlə inteqrasiyalarını qurmaq, konfiqurasiya etmək və texniki dəstəyini təmin etmək. Active Directory, Entra ID, LDAP və SQL Server ilə inteqrasiyaları idarə etmək. Integration və Connectors ilə bağlı problemləri təhlil etmək və həll etmək. Failed Jobs, Synchronization və Provisioning xətalarının əsas səbəblərini (Root Cause Analysis) müəyyən etmək. One Identity Manager verilənlər bazası və Data Model ilə bağlı texniki problemləri araşdırmaq və həll etmək. SQL sorğularını yazmaq və icra etmək, məlumatları təhlil etmək. Mövcud customization və script-lərin texniki dəstəyini təmin etmək. C#/.NET əsasında hazırlanmış xüsusi məntiqin (custom logic) və inteqrasiyaların dəstəklənməsində iştirak etmək. Production mühitində yaranan insidentləri araşdırmaq və aradan qaldırmaq. Change, Release, Patch və Upgrade proseslərində iştirak etmək. Vendor ilə texniki əməkdaşlıq etmək və mürəkkəb problemləri müvafiq qaydada eskalasiya etmək. Sistemin arxitekturası, inteqrasiyalar və əməliyyat prosedurları üzrə texniki sənədləşməni aparmaq. Tələblər: One Identity Manager platforması ilə praktiki iş təcrübəsi. IAM/IGA platformalarının iş prinsipləri və Access Management prosesləri üzrə biliklər. Windows Server administrasiyası üzrə biliklər. SQL Server və SQL üzrə yaxşı biliklər. C#/.NET üzrə praktiki biliklər. Active Directory və LDAP ilə iş təcrübəsi. Windows Services ilə işləmək bacarığı. DBQueue və Job Queue komponentlərinin iş prinsiplərini anlamaq. Production mühitində texniki problemlərin araşdırılması və aradan qaldırılması (troubleshooting) üzrə təcrübə. Sistem inteqrasiyaları və connectors ilə iş təcrübəsi. Üstünlüklər: İnkişaf imkanları Rəqabətli əmək haqqı və bonuslar Yüksək təminatlı sığorta Dəstəkləyici mühit Visa Premium əmək haqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət Güzəştli təhsil və işçi kredit