Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Texniki şöbə üzrə mütəxəssis (Sumqayıt şəhəri)

Baku Steel Company1 Sulh Street, Sumqayıt 5000, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 08.10.2026 · Son tarix: 07.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- İstehsalat proseslərində material sərfiyyatını və texnoloji normalara riayət olunmasını izləmək, material itkilərinin minimuma endirilməsinə nəzarət etmək; - Boru və pəstah ehtiyatlarının SAP sistemində düzgün qeydiyyatını və uçotunu təmin etmək; - İstehsalat proseslərinin API standartlarına uyğun sənədləşdirilməsini həyata keçirmək; - Texnoloji təlimatların hazırlanmasında, mövcud proseslərin təhlili və optimallaşdırılmasında iştirak etmək; - İstehsalat zamanı yaranan texnoloji problemləri təhlil etmək və həll yolları təklif etmək; - Məhsulun keyfiyyətinə nəzarət etmək, laborator analizlərin aparılmasını izləmək və nəticələri sənədləşdirmək; - İstehsalat avadanlıqlarının düzgün və təhlükəsiz istismarına nəzarət etmək; - İstehsalat sahələri ilə texniki koordinasiyanı təmin etmək və proseslərin təkmilləşdirilməsində iştirak etmək. - Ali təhsil (texniki və mühəndislik istiqamətləri üzrə təhsil üstünlükdür); - Müvafiq sahədə 1–3 il iş təcrübəsi; - İstehsalat prosesləri, texnoloji normalar və material sərfiyyatının izlənilməsi üzrə biliklər; - SAP və 1C proqramları ilə işləmək bacarığı; - İstehsalat proseslərinin sənədləşdirilməsi və texnoloji təlimatlarla işləmək bacarığı; - Məhsul keyfiyyətinə nəzarət və laborator analiz prosesləri üzrə biliklər; - API standartları haqqında bilik; - Azərbaycan dilini sərbəst bilmək; - Rus və ingilis dillərini bilmək üstünlükdür. İş yeri: Sumqayıt şəhəri