Bütün vakansiyalar

Maliyyə və mühasibat · pasha-holding

Azərbaycan Supermarket MMC (Bravo) - Baş Auditor

PASHA HoldingBaku, Azerbaijan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 09.09.2026 · Son tarix göstərilməyib

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

·       Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrini həyata keçirir. ·       Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və korporativ idarəetmə proseslərinin effektivliyini qiymətləndirir. ·       Audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinə nəzarət edir. ·       Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edir. ·       Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək; ·       Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsini təmin etmək; ·       Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq; ·       Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək; ·       Daxili Audit Departamenti direktorunun tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak etmək; ·       Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək; ·       İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək; ·       Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək. ·       Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə); ·       Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında; ·       Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması; ·       Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq; Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması; ·       Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları; ·       Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı. ·       Ezamiyyələrdə iştirak etmək imkanı. . CIA/FRM/CFA/ACCA/CPA üzrə peşəkar sertifikatlara malik olması və ya mərhələ keçməsi arzuolunandır; ·       Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.