Bütün vakansiyalar

Mühəndislik və istehsalat · ABB

Şəbəkə əməliyyatları şöbəsinin tətbiq performansının monitorinqi üzrə baş mühəndisi

ABBAzerbaijan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 28.09.2026 · Son tarix: 30.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Vəzifə öhdəlikləri: Production-da olan müxtəlif servislərin 24/7 rejimində davamlı monitorinqi və idarə olunması; Front-End və Back-End code səviyyəsində analiz; Production mühitində baş verən problemlərin monitorinqi və müəyyən olunması, eyni zamanda 1-ci və 2-ci səviyyə infrastruktur və applikasiya problemlərin müəyyən olunması; Problemin səbəbinin dərin analizi və cloud/infrastruktur problemlərinin həlli üçün təkliflərin verilməsi; Product, R&D və Support komandaları ilə birlikdə işləyərək problemlərin üzə çıxarılması və həlli; Applikasiya və infrastruktur haqqında vacib məlumatları özündə saxlayan dashboard-ların qurulması və onlara nəzarət; Monitorinq dashboard-ları, problem analizi, üzə çıxan insidentlərin həlli, sənədləşdirmə və koordinasiyası; Alert-lərə əhəmiyyət dərəcəsinə görə cavab vermək və prosedur və strategiyalara müvafiq olaraq problemlərin sürətli şəkildə report olunması; Bizim üçün uyğun namizəd: Ali texniki təhsilə (Kompüter Elmləri, Proqram Mühəndisliyi və ya Proqramlaşdırma); Monitorinq prinsipləri haqqında anlayış, applikasiya və infrastruktur monitorinqi alətlərindən istifadə təcrübəyə (Dynatrace, Firebase, Google analytics, Grafana, Prometheus və s.); Veb-texnologiyalarla bağlı anlayışa (REST, cloud-based applikasiyalar); Logging və Management sistemləri ilə təcrübəyə (ElasticSearch, Kibana və s.) ; Mikroservislər və Smartscape servis topologiyası haqqında baza anlayışlara; Applikasiya performans problemlərinə analitik incələmə və texniki bacarığına; Database sistemləri və SQL biliklərinə; Ən azı bir proqramlaşdırma və ya scripting dili ilə bağlı təcrübəyə (Javaya üstünlük verilir); Frontend tərəfli təcrübəyə (Javascript (React.JS)); Şəbəkə haqqında baza biliklərinə (HTTP, DNS, Load-balancers, şəbəkə təhlükəsizliyi və s); Devops texnologiyaları haqqında anlayışına (Kubernetes, Openshift); Yüksək ünsiyyət bacarıqlarına; Git haqqında anlayışlara; Komanda ilə işləmək bacarığına və yüksək motivasiyaya sahib olan şəxsdir.