Bütün vakansiyalar

Digər · Glorri

Gömrük məsələləri üzrə baş mütəxəssis

Avromed Company MMCBəkir Çobanzadə, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 09.10.2026 · Son tarix: 08.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Sifarişçi tərəfindən göndərilən yük sənədlərinə baxış keçirilməsi və düzgünlüyünün təsdiq edilməsi və çatışmayan sənədlərin sifarişçidən alınması; - Sifarişçinin müraciətinə əsasən gömrük rüsumlarının və yığımlarının əvvəlcədən hesablanması və Sifarişçiyə gömrük rəsmiləşdirilməsinə dair məlumatların təqdim edilməsi; - Müqavilələrdə qeyd olunan məlumatlarla yük sənədlərində olan məlumatların uyğunluğunun yoxlanılması; - Mövcud qanunvericiliyə uyğun olaraq gömrük rüsumlarının və yığımlarının hesablanmasını həyata keçirilməsi; - Gömrük rəsmiləşdirilməsi üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş icazə, rəy və sertifikatların alınması üçün səlahiyyətli şəxslərə məlumatların verilməsi; - Gömrük orqanlarına müraciət məktublarının hazırlanması və göndərilməsi; - Yük gömrük bəyannamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi; - Yük gömrük bəyannamələrinin rəsmiləşdirilməsi haqqında gömrük brokerlərinə və müvəqqəti saxlanc anbarının əməkdaşlarına məlumatların verilməsi; - Müvəqqəti saxlanc və sərbəst dövriyyə bəyannamələrinin hazır olduqda müvafiq şöbələrə göndərilməsi; - Gömrük orqanlarından və şirkət daxilindən daxil olan sorğulara əsasən yük, bəyannamə və digər məlumatlarının toplanıb təqdim olunması; - Müvəqqəti saxlanc anbarının Dövlət Gömrük Komitəsinin reyesterində qeydiyyatdan keçirilməsi; - Birbaşa rəhbərin fərdi rəsmi tapşırıqlarını yerinə yetirir. - Gömrük Qanunvericiliyi: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və aidiyyəti normativ hüquqi aktlar; - Elektron Sistemlər: Elektron gömrük xidmətləri portalı və bəyannamə proqramları ilə işləmə qaydaları; - Mal Kodları: XİF MN kodlarının təyin edilməsi prinsipləri; - Beynəlxalq Qaydalar: Beynəlxalq ticarət terminləri (Incoterms 2020) və ticarət müqavilələrinin əsasları; - Kompyuter bilikləri: Ofis proqramları (xüsusilə Excel) və ixtisaslaşmış gömrük proqramlarından sərbəst istifadə etmək; - Ünsiyyət: Gömrük əməkdaşları və şirkətin digər şöbələri ilə effektiv işləmək bacarığı.