Logistika və nəqliyyat · Glorri
Sürücü
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 09.10.2026 · Son tarix: 08.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnzibati idarəetmə bölməsində sürücü vakansiyasını elan edir. Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır. Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır. Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər. Hansı özəlliklərə malik olmalıdır? · 23-40 yaş aralığı · Şəxsi avtomobilə malik olmalı · Şəhəri yaxşı tanımalı · Nizam-intizamlı, məsuliyyətli olmalı · Etik davranış və yol hərəkəti qaydalarına riayət etməli Sürücü nə iş görür? - Şirkət əməkdaşlarının təyin olunmuş ünvanlara çatdırılması - Xidməti tapşırığı yerinə yetirmək üçün rayonlara ezama gedilməsi - Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi Əlavə məlumat - 5 günlük iş qrafiki - Əmək haqqı: 800 AZN - Digər xərclər şirkət tərəfindən qarşılanacaq Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Sürücü” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.