Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Elektrik (Beyləqan filialı)

Prime CottonBeyləqan, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Orta səviyyə

Elan tarixi: 09.10.2026 · Son tarix: 08.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət etmək; - Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələri aşkar etmək və aradan qaldırmaq; - Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərini sökmək, sazlamaq və xidməti üzrə işləri yerinə yetirmək; - Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin etmək üçün olaraq bütün enerji təsərrüfatını yoxlamaq və gündəlik olaraq Baş energetikə məruzə etmək; - Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumat vermək; - Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət etmək; - Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət etmək, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atmaq; - Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin etmək; - Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil etmək, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat vermək; - Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra etmək; - Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra etmək; - Rəhbərliyin təyin etdiyi digər işləri icra etmək. - Təcrübə : Elektrik olaraq minimum 1-3 il iş təcrübəsi. - Texniki Bilikləri: - Elektrotexnikanın əsaslarını; - Elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini; - Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını; - Aşağı və yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını; - Elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını; - Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini; - Rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları; - Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini; - Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarını bilməlidir.