Mühəndislik və istehsalat · Glorri
Mebel üzrə quraşdırıcı texnik (Gəncə)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 09.10.2026 · Son tarix: 08.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Şirkətin əmlakına və təqdim etdiyi alətlərə düzgün qulluq etmək və onlardan təyinatı üzrə istifadə etmək; - Təyin olunmuş sifarişləri vaxtında qəbul etmək və icra etmək; - Müştəri ilə əvvəlcədən əlaqə saxlayaraq quraşdırılma vaxtını dəqiqləşdirmək; - Müştərinin ünvanında keyfiyyətli quraşdırma xidmətinin göstərilməsini təmin etmək; - Mebelin komplektasiyasını və texniki vəziyyətini yoxlamaq; - Quraşdırma başa çatdıqdan sonra mebelin funksionallığını yoxlamaq; - Müştərilərlə etik davranış qaydalarına riayət etmək və peşəkar ünsiyyət qurmaq; - Görülmüş işləri müştəriyə düzgün və keyfiyyətli şəkildə təhvil vermək; - Quraşdırma zamanı aşkar edilən qüsurlar və mümkün risklər barədə dərhal rəhbərliyə məlumat vermək; - Müştəriyə mebelin istifadə və qulluq qaydaları barədə məlumat vermək. - Orta və ya ali təhsil; - Mebel quraşdırılması sahəsində minimum 1 il iş təcrübəsi ; - Azərbaycan dilini səlis bilmək, rus dili biliyi arzuolunandır; - Məsuliyyətli, diqqətli və intizamlı olmaq; - Müştərilərlə düzgün ünsiyyət qurmaq və xidmət keyfiyyətinə önəm vermək. Biz nə təklif edirik? - Dinamik iş mühitində çalışmaq imkanı; - Peşəkar bacarıqların inkişaf etdirilməsi imkanı; - Böyük və tanınmış şirkətin komandasına qoşulmaq imkanı. İş şəraiti: - İş yeri: Gəncə şəhəri; - Nəqliyyat: Şəxsi avtomobilin olması mütləqdir (B kateqoriyalı sürücülük vəsiqəsi). Qeyd : Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.