Bütün vakansiyalar

Digər · Glorri

Əmək münasibətləri üzrə mütəxəssis

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi5 Haji Mammadov, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 08.10.2026 · Son tarix: 07.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqavilələrinin bağlanmasını, onlara dəyişikliklərin edilməsini və əmək müqavilələrinə xitam verilməsinin rəsmiləşdirilməsini təmin etmək; - Ezamiyyətlərin rəsmiləşdirilməsi, intizam tənbehlərinin tətbiqi və digər inzibati xarakterli əmrlərin hazırlanmasını, habelə bu əmrlərlə bağlı sənədləşmə işlərinin qanunvericiliyə uyğun şəkildə aparılmasını həyata keçirmək; - Şöbəyə vətəndaşlardan, dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmasını və əsaslandırılmış cavabların hazırlanmasını təmin etmək; - İşçilərin əmək fəaliyyəti, tutduğu vəzifə və əmək stajı ilə bağlı arayışların hazırlanmasını və təqdim olunmasını həyata keçirmək; - Məzuniyyət qrafiklərinin tərtib edilməsini, onların icrasına nəzarəti, habelə məzuniyyətlərin uçotunun əmək qanunvericiliyinə uyğun şəkildə aparılmasını təmin etmək; - İş vaxtının uçotu tabelinin hazırlanmasını, onun düzgünlüyünə nəzarəti və aidiyyəti struktur bölmələrlə koordinasiyanı həyata keçirmək; - Dövlət orqanlarına və rəhbərliyə təqdim edilməsi üçün dövri və operativ hesabatların hazırlanmasını, ümumiləşdirilməsini və təqdim olunmasını təmin etmək. - Ali təhsil (müvafiq sahə üzrə); - Əmək münasibətləri sahəsində azı 3 il iş təcrübəsi (dövlət orqanlarında və ya publik hüquqi şəxslərdə iş təcrübəsinin olması üstünlük hesab olunur); - Əmək qanunvericiliyi və normativ hüquqi aktlar üzrə dərin biliklərə, habelə onların praktik tətbiqi bacarığına malik olmaq; - 1C 8.3 proqramını bilməsi arzuolunandır; - Microsoft Office (Word, Excel) proqramlarından yüksək səviyyədə istifadə bacarığı; - Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (rus və ingilis dillərini bilməsi üstünlükdür); - Elektron informasiya sistemləri ilə işləmək bacarığı, o cümlədən ƏMAS üzrə praktiki istifadə bacarığı; - Vaxtın səmərəli idarə edilməsi, iş proseslərinin planlaşdırılması və icrasına nəzarət etmək bacarığı; - Adaptivlik və öyrənməyə açıqlıq, analitik düşünmə qabiliyyəti, detallara diqqətlilik və yüksək məsuliyyət hissi; - Effektiv ünsiyyət qurmaq, həmçinin yazılı və şifahi şəkildə fikirləri aydın və əsaslandırılmış şəkildə ifadə etmək bacarığı.