Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Smeta mühəndisi

FOTON LLCBakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 08.10.2026 · Son tarix: 07.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Layihə cizgiləri və texniki sənədlər əsasında iş həcmlərinin hesablanması (Quantity Take-Off) və BOQ (Bill of Quantities) hazırlanması; - Cizgi və texniki sənədlərlə smeta məlumatlarının müqayisə edilməsi; - Təqdim olunmuş smetalarda iş həcmlərinin, material və avadanlıqların, tətbiq edilmiş qiymətlərin və digər xərclərin təhlil edilməsi; - İnşaat, elektrik, mexaniki, HVAC, santexnika, zəif axın və digər mühəndislik işləri üzrə smetaların qiymətləndirilməsi; - Hazırlanmış smeta sənədlərinin texniki və maliyyə baxımından qiymətləndirilməsi; - Smeta üzrə qiymətlərin bazar qiymətləri ilə müqayisə edilərək əsaslandırılmış qiymətləndirmənin aparılması; - Podratçılar tərəfindən təqdim olunan smeta və kommersiya təkliflərinin obyektiv və müqayisəli şəkildə qiymətləndirilməsi; - Layihənin ilkin büdcəsinin və hazır smeta əsasında ehtimal olunan yekun dəyərinin müəyyənləşdirilməsi. - Ali təhsil – İnşaat mühəndisliyi, Smeta mühəndisliyi, İnşaat iqtisadiyyatı, Mühəndislik iqtisadiyyatı və ya digər müvafiq mühəndislik ixtisası üzrə - Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi; - Smeta, büdcə hesablamaları, BOQ və iş həcmləri (Quantity Take-Off) üzrə bilik və praktiki təcrübə; - İnşaat, elektrik, mexaniki, HVAC, santexnika və digər mühəndislik sistemləri üzrə praktiki bilik; - MS Office, xüsusilə Excel, Google Sheets, Power BI və AutoCAD proqramlarında işləmə bacarığı. - Qeyd: İş yeri: Bakı (işin tələbinə uyğun olaraq namizəd Azərbaycan Respublikasının müxtəlif rayonlarına ezam olunacaq).