Maliyyə və mühasibat · Glorri
Auditor (Nəqliyyat vasitələri üzrə)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 07.10.2026 · Son tarix: 06.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Araşdırma – Daxil olan müraciətlər, qüsur aktları, sifarişlər, texniki nasazlıqlar, qiymət araşdırmaları, yanacaq sərfiyyatı, iş yükü və digər aidiyyəti məsələlər üzrə araşdırmaların aparılması, səbəblərin müəyyən edilməsi və əsaslandırılmış rəyin hazırlanması. - Reyd – Nəqliyyat vasitələri, xüsusi texnikalar, anbarlar, istehsal sahələri və digər struktur bölmələrdə operativ reydlərin keçirilməsi, faktiki vəziyyətin yerində yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi və nəticələrin sənədləşdirilməsi. - Müraciət və sənədlərin araşdırılması – Daxil olan müraciət, qüsur aktı, sifariş və digər aidiyyəti sənədlərin qəbul edilməsi, yoxlanılması və qeydiyyata alınması. - Texniki araşdırma – Nəqliyyat vasitələri, xüsusi texnikalar və avadanlıqlar üzrə qüsurların araşdırılması, texniki vəziyyətin qiymətləndirilməsi və rəyin hazırlanması. - Qiymət araşdırması – Mal-material və xidmətlər üzrə bazar qiymətlərinin araşdırılması, müqayisəli təhlilin aparılması və əsaslandırılmış rəyin təqdim edilməsi. - Yanacaq sərfiyyatının təhlili – Nəqliyyat vasitələri və xüsusi texnikalar üzrə yanacaq sərfiyyatı göstəricilərinin yoxlanması, təhlil edilməsi və nəticələr üzrə rəyin hazırlanması. - İş yükünün təhlili – Əməkdaşların iş yükünün hesablanması, düzgünlüyünün yoxlanılması və nəticələrin qiymətləndirilməsi. - Sənədlərin yoxlanılması – Qüsur aktları, sifarişlər və digər aidiyyəti sənədlərin yoxlanılması, təsdiq üçün rəy və təkliflərin hazırlanması. - Hesabatlılıq – Aparılmış araşdırma və reydlərin nəticələri üzrə hesabatların hazırlanması, təhlillərin aparılması və rəhbərliyə təqdim edilməsi. - Uyğunsuzluqların aradan qaldırılması – Müəyyən edilmiş çatışmazlıqlar üzrə təkliflərin hazırlanması, tədbirlərin görülməsinə və icrasına nəzarət edilməsi. - Xüsusi tapşırıqlar – Rəhbərlik tərəfindən verilmiş yoxlama, araşdırma və nəzarət xarakterli xüsusi tapşırıqların icra edilməsi. Təhsil: Ali İş təcrübəsi: min 2 il (Nəqliyyat sahəsi üzrə təcrübəsi olan auditorlara üstünlük verilir.) Kompüter biliyi:MC Office - Excel əla , 1C 8.3 Dil bilikləri Azərbaycan dili (ana dili). Rus dili (üstünlükdür). İş şəraiti 5 günlük iş rejimi (şənbə, bazar istirahət) Ünvan: Şah İsmayıl Xətai pr. 34 (Luxen Plaza)