Digər · Glorri
Naxçıvan Hava Limanında növbə rəisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 08.10.2026 · Son tarix: 07.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
(yalnız bəy namizədlər üçün) Ø Növbə əməkdaşlarının fəaliyyətinə, iş intizamına və vəzifə öhdəliklərinin düzgün icrasına nəzarət etmək; Ø İşçilər arasında iş bölgüsünü aparmaq, gündəlik tapşırıqları çatdırmaq və icrasını təmin etmək; Ø Sərnişinlərə yüksək səviyyədə xidmət göstərilməsinə, növbə qaydalarına və xidmət standartlarına riayət olunmasına nəzarət etmək; Ø Aviabiletlərin bronlaşdırılması və satışı, tariflərin və yığımların düzgün tətbiqi, ödənişlərin qəbulu və daşıma sənədlərinin rəsmiləşdirilməsinə nəzarət etmək; Ø Hesabatların vaxtında hazırlanmasını və vəsaitlərin təhvil verilməsini təmin etmək; Ø İşçilərə gündəlik təlimatların verilməsini, geyim qaydalarına, iş qrafikinə və şirkətin daxili prosedurlarına riayət olunmasını təmin etmək; Ø Növbənin iş prosesində yaranan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək və rəhbərliyə məlumat vermək; Ø Sərnişinlərin tələblərinə uyğun uçuş marşrutları və sərfəli variantlar təklif edilməsinə nəzarət etmək; Ø Kollektivdə işgüzar mühitin və qarşılıqlı əməkdaşlığın təmin edilməsində iştirak etmək. İŞ QRAFİKİ: - 2 növbəli 1-ci növbə saat 08:00-dan – saat 20:00-dək, 2-ci növbə saat 20:00-dan – saat 08:00-dək (ardıcıl davam edən 2 (iki) iş günü və onun ardınca gələn 2 (iki) istirahət günlərindən ibarətdir) ƏMƏK HAQQI: - Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq. İŞ YERİ: - Naxçıvan Beynəlxalq Hava Limanı Əlaqə: [email protected] Dil biliyi: - Azərbaycan dili-əla, - Rus və İngilis dili arzu olunandır; - Yaş 25-40, yalnız bəy namizədlər üçün - Ali təhsilli və idarəetmə sahəsində ən azı 2 illik iş təcrübəsi. Kompüter biliyi: - MS Office standart kompüter proqramları (Outlook, Word və ya Excell); Bacarıq və şəxsi keyfiyyətlər: - İşgüzar ünsiyyət və yazışmalar etikası; - Kollektivdə işləmək bacarığı; - Səliqəlilik; - Məsuliyyət; - Stresə davamlılıq; - Diqqətlilik; - Dəqiqlik; - İnsanlarla işləmək bacarığı.