Bütün vakansiyalar

Digər · Glorri

Risklərin idarə edilməsi şöbəsi/ Şöbə Rəhbəri

BOKT "İDEAL KREDİT" MMCSüleyman Sani Axundov küçəsi, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 08.10.2026 · Son tarix: 07.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- BOKT-nin fəaliyyətini əhatə edən bütün proseslər üzrə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və idarə olunmasına nəzarət etmək; - BOKT-nin fəaliyyətinin mövcud bazar şərtlərinə və BOKT-nin strategiyasına uyğun olması üçün lazımi dəyişikliklərlə bağlı rəhbərliyə təkliflər vermək; - BOKT-nin əməliyyat və digər fəaliyyət istiqamətləri üzrə daxili qaydaların adekvatlığını qiymətləndirmək, risk yarada biləcək müddəaları müəyyənləşdirmək və təkmilləşdirilməsini təmin etmək; - Daxili normativ sənədlərin mövcud qanunvericiliyin və tənzimləyici orqanın tələblərinə uyğunluğunun monitorinqini həyata keçirmək; - Müxtəlif ssenarilər üzrə BOKT-nin risklərə dayanıqlığını qiymətləndirmək məqsədilə risk modellərinin hazırlanmasını və stress-testlərin keçirilməsini təşkil etmək; - BOKT-nin məhsul, xidmət və biznes proseslərinin risk yönümlü təhlilini həyata keçirmək; - Risk limitləri, səlahiyyət hədləri və əsas risk indikatorlarının (KRI) müəyyənləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq; - Risklərin qiymətləndirilməsi və təhlilinin nəticələri üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; - Risklərin idarə edilməsi üzrə daxili nəzarət mexanizmlərinin effektivliyini təmin etmək və təşkilatda risk mədəniyyətinin (Risk Culture) formalaşdırılmasına rəhbərlik etmək; - Risklərin idarə edilməsi şöbəsinin fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü aparmaq və şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək. - Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifə və funksiyaları həyata keçirmək. - Bank və ya BOKT sektorunda Risklərin idarə edilməsi sahəsində minimum 5 il (ən azı 1-2 il rəhbər və ya aparıcı/baş mütəxəssis vəzifəsində) iş təcrübəsi; - Risklərin qiymətləndirilməsi, təhlili və hesabatların hazırlanması üzrə praktiki biliklər; - Analitik düşünmə və problem həll etmə bacarığı; - Güclü təqdimat və kommunikasiya bacarıqları.