Bütün vakansiyalar

Logistika və nəqliyyat · Glorri

Mexanizasiya və Nəqliyyat şöbəsinin müdiri (Sabirabad)

Prime CottonSabirabad, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 01.10.2026 · Son tarix: 31.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Filiallar üzrə texnoloji proseslərə hazırlıq məqsədilə ehtiyat hissələrinin siyahılarının hazırlanması, yoxlanması və təsdiqlənməsi; - Filialların illik və mövsümi əməliyyat planlarına uyğun olaraq texnika və aqreqatlar üçün ehtiyat hissələri üzrə toplum sifarişlərinin formalaşdırılması və təqdim edilməsi; - Toplum və adi sifarişlərin alış prosesinin izlənməsi, tədarük mərhələlərinin vaxtında tamamlanmasına nəzarət; - Alış prosesi yekunlaşdıqdan sonra alınan ehtiyat hissələrinin bölgü siyahılarının tərtib edilməsi və filiallara yönləndirilməsi; - Filiallarda mövcud olan emal texnikalarının işinin təşkili, texniki xidmət, təmir və servis proseslərinin koordinasiyası; - Üçüncü tərəf servis şirkətləri ilə əməkdaşlıq çərçivəsində təmir və texniki xidmət işlərinin düzgün icrasına nəzarət; - Filiallarda aparılan təmir proseslərinin operativ izlənməsi, ehtiyat hissələri üzrə daxil olan tələblərin texniki və iqtisadi baxımdan doğruluğunun yoxlanması; - Kombayn Təmir Mərkəzlərinin (KTM) fəaliyyətinin təşkilində iştirak etmək, təmir və texniki xidmət proseslərinin sənədləşdirilməsinə nəzarət; - Texnikaların mövsümi hazırlıq vəziyyətinə dair aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; - Ehtiyat hissələri üzrə anbar qalığı və dövriyyə məlumatlarının təhlili, təkmilləşdirmə üzrə təkliflərin hazırlanması; - Təmir və texniki xidmət proseslərində keyfiyyət standartlarının qorunmasına, texniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət. - Ali texniki təhsil (mexanizasiya, aqrotexnologiya, mühəndislik və ya əlaqədar sahələr üzrə); - Minimum 8 il iş təcrübəsi, o cümlədən kənd təsərrüfatı texnikaları və mexanizasiya sahəsində rəhbər və ya koordinator vəzifəsində təcrübə üstünlükdür; - Ehtiyat hissələri, texniki xidmət və təmir prosesləri üzrə praktiki biliklər; - Analitik düşüncə və operativ qərarvermə bacarığı, texniki nasazlıqların səbəb-nəticə əlaqəsini təhlil edə bilmək; - Planlaşdırma və koordinasiya bacarığı, çoxşaxəli iş axınlarını eyni zamanda idarəetmə qabiliyyəti; - Komanda ilə işləmək, müxtəlif filial və bölmələrlə effektiv qarşılıqlı əlaqə qurmaq bacarığı; - Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı, texniki hesabatların hazırlanması bacarığı; - MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı; - Ezamiyyətlərə və filiallararası səyahətlərə hazır olmaq.