Mühəndislik və istehsalat · Glorri
Mühəndis (İmişli)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 08.10.2026 · Son tarix: 01.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Lokomotiv deposunun inkişaf perspektivlərini, yenidənqurma və texniki təchizatın bütün sahələrində kompleks proqramların həyata keçirilməsinin yollarını müəyyənləşdirmək; - Deponun texniki təchizatı səviyyəsinin və səmərəliliyinin artırılması istiqamətində əməli işlər görmək; - Yeni texnika və texnologiyanın tətbiqi planlarının, təşkilati və texniki tədbirlər planlarının, tədqiqat və inkişaf işləri planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; - Hərəkətin texniki təhlükəsizliyini təmin etmək üçün profilaktik tədbirlər planı hazırlamaq; - Lokomotivlərin təmir texnologiyasına nəzarət etmək; - Hərəkət vasitələrinin təmiri departamenti ilə lokomotivlərin aylıq təmir növlərinin qrafikini hazırlamaq, plandankənar daxil olmuş lokomotivlərin texniki səbəblərini araşdırmaq; - Səmərələşdirmə, qabaqcıl istehsal təcrübəsinin yayılması sahəsində işləri təşkil etmək və işçilərin yaradıcı təşəbbüskarlığını perspektivli istehsal problemlərinin həllinə, texniki və iqtisadi səviyyəsinin yüksəldilməsinə yönəltmək. Təhsil: Ali (Müvafiq sahə üzrə); Komputer bilikləri: MS Office Əməyin mühafizəsi, texniki, yanğın və hərəkətin təhlükəsizliyinin aidiyyəti norma və qaydalarını; Azərbaycan dəmir yollarının texniki İstismar qaydaları.