Bütün vakansiyalar

Satış və marketinq · Glorri

Aviabiletlərin satışı üzrə agent (Şərur)

Silk Row TravelŞəhriyar küç. 1
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 07.10.2026 · Son tarix: 06.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Ø Aviabiletlərin bronlaşdırılması, yer təxsisi və satışını həyata keçirmək; Ø Aviabiletlərin satışı zamanı tarif və yığımları düzgün tətbiq etmək; Ø Sərnişinlərə aviabiletlərin qiymətləri, reyslər, daşıma qaydaları və xidmətlər barədə düzgün və dolğun məlumat vermək; Ø Sərnişinlərin tələbatına uyğun aviabiletləri təqdim etmək və satış prosesini operativ şəkildə həyata keçirmək; Ø Aviabiletlərin sərnişinin iştirakı və şəxsiyyəti təsdiq edən sənəd əsasında rəsmiləşdirilməsini təmin etmək; Ø Sərnişinlərə növbə ardıcıllığına uyğun, nəzakətli və keyfiyyətli xidmət göstərmək; Ø Aviabiletlərin satışı və rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş prosedur və qaydalara riayət etmək; Ø Ödənişləri düzgün və tam qəbul etmək və müvafiq satış sənədlərini rəsmiləşdirmək; Ø Sərnişinlərə satışdan əvvəl və sonra aviadaşıma ilə bağlı zəruri məlumat və izahları vermək; Ø Əmək intizamına və iş qrafikinə riayət etmək. İŞ QRAFİKİ: - 1 növbəli növbə saat 08:00-dan – saat 20:00-dək, ardıcıl davam edən 1 (bir) iş günü və onun ardınca gələn 1 (bir) istirahət günlərindən ibarətdir ƏMƏK HAQQI: - Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq. Əlaqə: [email protected] Dil biliyi: - Azərbaycan dili-əla, - Rus və İngilis dili arzu olunandır; - Yaş 22-30, yalnız xanım namizədlər üçün - Orta (orta ixtisas, ali ) təhsilli və ya xüsusi əlavə hazırlıq keçmiş, bu sahədə ən azı 1 illik iş stajına malik olması arzu olunandır. Kompüter biliyi: - MS Office standart kompüter proqramları (Outlook, Word və ya Excell); Bacarıq və şəxsi keyfiyyətlər: - İşgüzar ünsiyyət və yazışmalar etikası; - Kollektivdə işləmək bacarığı; - Səliqəlilik; - Məsuliyyət; - Stresə davamlılıq; - Diqqətlilik; - Dəqiqlik; - İnsanlarla işləmək bacarığı.