Digər · Glorri
Nəzarət şöbəsinin aparıcı Operator- Nəzarətçisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 07.10.2026 · Son tarix: 06.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Bankın inzibati və əməliyyat obyektlərində təhlükəsizlik və nəzarətin təmin edilməsi məqsədilə videomüşahidə və digər nəzarət sistemlərini fasiləsiz izləmək; - Videomüşahidə kameralarından daxil olan görüntüləri operativ şəkildə monitorinq etmək, şübhəli və ya qeyri-adi halları müəyyənləşdirmək və aidiyyəti şəxslərə məlumat vermək; - Bankın filiallarında, baş ofisində və digər obyektlərində baş verən hadisələri operativ müəyyən etmək, hadisə barədə müəyyən edilmiş prosedura uyğun olaraq rəhbərliyi və aidiyyəti struktur bölmələri məlumatlandırmaq; - Nəzarət sistemlərində aşkar edilmiş texniki nasazlıqlar barədə aidiyyəti struktur bölmələrə məlumat vermək və nasazlıqların aradan qaldırılmasını izləmək; - Nəzarət zamanı müəyyən edilmiş pozuntu, insident və şübhəli hallarla bağlı müvafiq məlumatları qeydiyyata almaq və hesabatların hazırlanmasında iştirak etmək; - Hadisə və insidentlərlə bağlı video görüntülərin müəyyən edilmiş qaydada qorunmasını və aidiyyəti şəxslərə təqdim edilməsini təmin etmək; - Bank əməkdaşlarının və üçüncü şəxslərin müəyyən edilmiş təhlükəsizlik və giriş-çıxış qaydalarına riayət etməsinə nəzarət etmək; - Fövqəladə hallar, təhlükəsizlik insidentləri və digər riskli vəziyyətlər zamanı müəyyən edilmiş prosedurlara uyğun operativ tədbirlər görmək və aidiyyəti şəxsləri məlumatlandırmaq; - Növbə ərzində baş vermiş hadisələr, aşkar edilmiş risklər və görülmüş tədbirlər barədə növbəni təhvil alan əməkdaşa ətraflı məlumat vermək və növbə təhvil-təslimini müəyyən edilmiş qaydada həyata keçirmək; - Nəzarət sistemlərindən əldə edilən məlumatların məxfiliyini qorumaq və həmin məlumatlardan yalnız xidməti məqsədlər üçün istifadə etmək; - Nəzarət şöbəsinin fəaliyyətinə aid digər tapşırıqları müəyyən edilmiş qaydada və vaxtında yerinə yetirmək. - Müvafiq sahə üzrə orta ixtisas təhsili (ali təhsil arzuolunandır); - Təhlükəsizlik, nəzarət, videomüşahidə və ya müvafiq sahələrdə iş təcrübəsi; - Videomüşahidə və digər texniki nəzarət sistemləri ilə işləmək bacarığı; - Təhlükəsizlik qaydaları və fövqəladə hallarda davranış prosedurları barədə məlumatlı olmaq; - Şübhəli və riskli halları operativ müəyyən etmək və düzgün qiymətləndirmək bacarığı; - Diqqətli, məsuliyyətli və yüksək müşahidə qabiliyyətinə malik olmaq; - Növbəli iş rejimində işləmək imkanı; - Komandada işləmək və operativ kommunikasiya bacarığı; - MS Office proqramlarından istifadə etmək bacarığı; - Xidməti məlumatların məxfiliyinin qorunması prinsiplərinə riayət etmək.