Digər · Glorri
Mal-material üzrə nəzarətçi(Sabirabad)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Rəhbər (Lead)
Elan tarixi: 01.10.2026 · Son tarix: 31.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Anbarlarda müqavilə əsasında icarəyə götürülən və şirkətə məxsus qurğu və avadanlıqları, operatorları və işçi qüvvəsini səmərəli və effektiv şəkildə əlaqələndirmək, ayırmaq və nəzarətdə saxlamaq; - Tapşırıqları müvafiq qaydada qəbul etmək, siyahılaşdırmaq və onları anbar işçiləri arasında bölüşdürmək; - Bütün satın alınan, tələb olunan və buraxılan materialların, avadanlıqların və alətlərin qeydiyyatının proqram təminatında materiallara nəzarət və anbar sahəsinin fəaliyyətini tam əhatə etməsini təmin etmək; - Bütün mədaxil və məxaric olan materialların, avadanlıqların və alətlərin sifarişlərinin dəqiqliklə hazırlanıb və fayllarda saxlanmasını təmin etmək; - Anbarda saxlanmalı olan bütün materiallar və alətlər barəsində proqram təminatında məlumatların təzələnməsini və onların xüsusi yeşiklərdə saxlanmasını təmin etmək; - Proqram təminatına daxil olan bütün materialların sənədləşmə tələblərinə uyğun olmasının təmin edilməsi; - Məxaric olunan bütün materialların və alətlərin proqram təminatında lazımı qaydada qeydiyyata alınmasının, həmçinin düzgün sənədləşmə və hesab-faktura tələblərinə cavab verməyən materialların növbəti qərar verilənədək karantində saxlanmasının təmin edilməsi; - Yoxlamalardan sonra düzəlişlər və əlavələrin karantin qeydiyyat jurnalına vaxtlı-vaxtında daxil olunmasının təmin edilməsi; - Düzgün qeydlərin aparılması və şirkət idarəçiliyində olan məlumat bazasına daxil olmasını təmin etməklə inventarların sayılması və onlara nəzarət; - Anbardan göndərilən istehsal materialları və alətləri üçün bütün müvafiq sənədlərin (yük qaiməsinin, tələb olunan əlavələrin, materialların təhlükəsizlik pasportlarının, sertifikatların və s.) təqdim olunmasını təmin etmək; - Materialların təhvil verilməsi və ya ötürülməsi əməliyyatlarının proqram təminatında işlənməsini, prosedura uyğun olaraq sənədlərin təqdim olunmasını və arxivləşdirilməsini təmin etmək; - Bütün materialların anbarda düzgün, təhlükəsiz şəraitdə, zədəsiz və normal istismar tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək. - Müvafiq sahə üzrə ali təhsil; - Müvafiq sahə üzrə ən az 3 illik iş təcrübəsi; - MS Office (Word, Excel,Outlook) proqramlarını yüksək səviyyədə bilmək; - 1C 8.3 proqramında sərbəst işləmək bacarığı; - Yerli uçot qanunvericiliyi üzrə biliklər; - Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı; - Analitik təhlil etmə qabiliyyəti; - Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq; - Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq. Səriştələr və bacarıqlar: - Məsuliyyətli; - Pozitiv; - Özünütəşkiletmə qabiliyyəti; - Nailiyyət yönümlülük; - Etibarlılıq; - Dürüstlük.