Digər · Glorri
Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 07.10.2026 · Son tarix: 01.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Vəzifə öhdəlikləri: - Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək; - Aylıq, rüblük və illik büdcə icrasını təhlil etmək və müvafiq hesabatlar hazırlamaq; - Faktiki göstəriciləri büdcə və proqnoz göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları təhlil etmək; - Maliyyə və idarəetmə hesabatlarının hazırlanmasınında iştirak; - Rəhbərlik üçün analitik hesabat və təqdimatlar hazırlamaq; - Büdcə planlaması üzrə struktur bölmələri ilə koordinasiyalı işləmək; - Mühasibat əməliyyatlarının tranzaksiyaların düzgünlüyünü yoxlamaq və ay bağlanışı prosesində iştirak; Namizədə dair tələblər: · ACCA sertifikatlarının (minimum F3, F7) olması; - ERP (1C bilikləri arzuolunandır) və MS Office proqramları üzrə yüksək bilik və bacarıqlar; - Analitik düşünmə, rəqəmlərlə işləmə və hesabat hazırlama bacarığı; - Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət. Xüsusi tələblər: - Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil; - İş təcrübəsi: Maliyyə sahəsi üzrə minimum 3-5 il - İngilis dili biliyi İş şərtləri: - İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə) - Nahar şirkət tərəfindən təmin edilir - Ağdam rayonunda yaşayış yeri şirkət tərəfindən təmin edilir - İş yeri: Ağdam rayonu - Əmək haqqı ştat cədvəlinə uyğun olaraq Müraciət üçün son tarix: 31.10.2026 CV-lərinizi [email protected] ünvanına “ Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis ” başlığı ilə göndərə bilərsiniz. Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.