Hüquq · Glorri
Hüquq şöbəsinin müdiri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Rəhbər (Lead)
Elan tarixi: 07.10.2026 · Son tarix: 06.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi; Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi; Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi; Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması; Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi; Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi; Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi; Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi; Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması; Şirkət rəhbərliyinə hesabatlar vermək Təhsil: Ali (hüquq sahəsi üzrə) Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi; Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı; Microsoft Office proqramlarında işləmək bacarığı; Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı; İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; Dil bilikləri: Azərbaycan və İngilis dili (Rus dili arzuolunandır)