Satış və marketinq · Glorri
Marketinq üzrə baş mütəxəssis(Mingəçevir)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 07.10.2026 · Son tarix: 06.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Şirkətin marketinq strategiyasının və illik marketinq planının hazırlanmasında və icrasında iştirak etmək. - Məhsul və xidmətlərin bazarda tanıdılması üçün marketinq kampaniyalarını planlaşdırmaq və koordinasiya etmək. - Bazar, rəqiblər və müştəri davranışları üzrə araşdırmalar aparmaq, nəticələr əsasında təkliflər hazırlamaq. - Satış komandasını marketinq materialları və bazar məlumatları ilə dəstəkləmək. - Reklam kampaniyalarının planlaşdırılması, icrasının koordinasiyası və nəticələrinin təhlilini həyata keçirmək. - Reklam agentlikləri, dizayn studiyaları, media tərəfdaşları və digər xidmət təminatçıları ilə əməkdaşlığı idarə etmək. - Şirkətin korporativ veb-saytının məzmununun yenilənməsini və inkişafını koordinasiya etmək. - Şirkətin sosial media platformalarının kontent planının hazırlanmasını, paylaşım prosesini və agentliklərlə işin koordinasiyasını təmin etmək. - Foto, video, broşür, kataloq, təqdimat, korporativ hədiyyələr və digər reklam-tanıtım materiallarının hazırlanmasını təşkil etmək. - Yerli və beynəlxalq sərgilərin, konfransların, forumların və korporativ tədbirlərin planlaşdırılması və təşkilini koordinasiya etmək. - Korporativ Sosial Məsuliyyət (CSR) layihələrinin planlaşdırılması, icrası və kommunikasiya fəaliyyətlərini idarə etmək. - Brend standartlarına uyğun olaraq bütün kommunikasiya materiallarının hazırlanmasına nəzarət etmək. - PR, media və korporativ kommunikasiya fəaliyyətlərinin həyata keçirilməsində iştirak etmək. - Marketinq büdcəsinin icrasına nəzarət etmək və görülən işlər üzrə mütəmadi hesabatlar hazırlamaq. - Marketinq fəaliyyətlərinin effektivliyini KPI-lar əsasında ölçmək və optimallaşdırma təklifləri vermək. - Rəhbərlik tərəfindən verilən digər marketinq layihələrinin və tapşırıqlarının icrasını təmin etmək. - Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil. - Marketinq sahəsində minimum 3-5 il iş təcrübəsi. - Korporativ marketinq, brend idarəçiliyi və tədbirlərin təşkili sahəsində praktiki təcrübə. - Rəqəmsal marketinq və sosial media platformaları üzrə biliklər. - Veb-sayt idarəçiliyi (WordPress və ya oxşar CMS-lərlə işləmək üstünlükdür). - Reklam agentlikləri və digər podratçılarla iş təcrübəsi. - Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Excel, PowerPoint, Word). - Google Analytics, Meta Business Suite, Google Ads və digər marketinq alətləri ilə işləmək bacarığı üstünlükdür. - Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək (rus və türk dili üstünlükdür). - Güclü yazılı və şifahi ünsiyyət bacarığı. - Layihələrin idarə edilməsi və vaxtın effektiv planlaşdırılması bacarığı. - Analitik düşünmə, yaradıcılıq və təşəbbüskarlıq. - Komandada işləmək və eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.