Bütün vakansiyalar

İnsan resursları · Glorri

İnsan Resursları üzrə menecer (Sumqayıt şəhəri)

Baku Steel Company1 Sulh Street, Sumqayıt 5000, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 05.10.2026 · Son tarix: 04.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Vəzifə haqqında Şirkət üzrə insan resursları əməliyyatlarının və əmək münasibətləri proseslərinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək, HR sənədləşməsini koordinasiya etmək, eyni zamanda işə qəbul, adaptasiya və təlim proseslərində iştirak etmək. Əsas vəzifə öhdəlikləri - Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı proseslərini əmək qanunvericiliyinə uyğun həyata keçirmək; - ƏMAS, 1C 8.3, İSB və digər HR sistemlərində əməkdaş məlumatlarının düzgün və aktual saxlanılmasını təmin etmək; - Tabel, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər HR əməliyyatlarını koordinasiya etmək; - Əmrlərin, müqavilələrin, arayışların və digər HR sənədlərinin hazırlanması və rəsmiləşdirilməsini həyata keçirmək; - Əmək münasibətləri və intizam məsələləri üzrə proseslərin sənədləşdirilməsində iştirak etmək; - Yeni əməkdaşların onboarding və adaptasiya proseslərini koordinasiya etmək; - İşə qəbul proseslərində aidiyyəti HR əməkdaşları və struktur bölmələri ilə əməkdaşlıq etmək; - Təlim ehtiyaclarının müəyyənləşdirilməsi, təlimlərin təşkili və nəticələrinin izlənilməsində iştirak etmək; - HR göstəriciləri üzrə məlumatları toplamaq, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq; - İşçilər və struktur rəhbərlərinə HR prosesləri üzrə dəstək göstərmək və proseslərin təkmilləşdirilməsində iştirak etmək. - İnsan resurslarının idarə edilməsi, İqtisadiyyat, Biznesin idarə edilməsi, Menecment və ya əlaqəli sahə üzrə ali təhsil; - İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi ; - HR Operations və əmək münasibətləri üzrə praktiki iş təcrübəsi; - Azərbaycan Respublikasının əmək qanunvericiliyini yaxşı bilmək; - ƏMAS, 1C 8.3 və İSB sistemlərində işləmək bacarığı; - İşə qəbul, onboarding və adaptasiya, təlim və inkişaf prosesləri üzrə bilik; - HR sənədləşməsi və hesabatlılıq üzrə praktiki bilik; - MS Office proqramlarında yaxşı işləmək bacarığı; - Azərbaycan və rus dillərini səlis bilmək mütləqdir; - İngilis dili biliyi üstünlükdür; - Güclü kommunikasiya, koordinasiya, analitik və problem həll etmə bacarığı; - Dəqiqlik, məsuliyyətlilik və məxfilik. Arzuolunandır HR Management, əmək qanunvericiliyi, HR Operations, Recruitment & Selection və Learning & Development istiqamətləri üzrə təlim və sertifikatlar. İş yeri: Sumqayıt şəhəri