Bütün vakansiyalar

İnsan resursları · Glorri

İnsan resursları əməliyyatları üzrə mütəxəssis

Kontakt HomeSüleyman Sani Axundov küçəsi, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Orta səviyyə

Elan tarixi: 08.10.2026 · Son tarix: 07.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- İşə qəbul, işdən azad olunma, məzuniyyət və digər kadr əməliyyatları üzrə sənədlərin və əmrlərin hazırlanması; - Əmək müqavilələrinin, əmək müqavilələrinə əlavələrin və şəxsi işlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi; - ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi və məlumatların aktuallığının təmin edilməsi; - İşçilərin davamiyyətinin gündəlik izlənilməsi və uçotunun aparılması; - Məzuniyyət balanslarının izlənilməsi və məzuniyyətlərlə bağlı sənədləşmənin aparılması; - Xəstəlik vərəqələrinin, ödənişsiz məzuniyyətlərin və digər işburaxma hallarının qeydiyyatı və idarə edilməsi; - ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgünlüyünə nəzarət etmək; - Daxili əmrlərin, arayışların və digər HR sənədlərinin hazırlanması; - Kadr uçotu və HR inzibatçılığı üzrə hesabatların hazırlanması; - Kadr kargüzarlığının düzgün və vaxtında aparılmasının təmin edilməsi - Ali təhsil; İnsan Resursları, Hüquq, Menecment, Psixologiya, Sosiologiya və əlaqəli ixtisaslara üstünlük verilir; - İnsan Resursları sahəsində ən azı 2 il iş təcrübəsi; - Retail sahəsində iş təcrübəsi üstünlükdür; - Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək səviyyədə bilik; - ƏMAS və digər dövlət elektron portalları ilə işləmə bacarığı; - Kadr kargüzarlığı və HR inzibatçılığı üzrə praktiki biliklər; - 1C (8.2/8.3) proqramı üzrə yaxşı səviyyədə bilik; - MS Excel proqramında yüksək səviyyədə bilik — Pivot cədvəlləri, formulalar və digər funksiyalarla işləmə bacarığı; - Azərbaycan dilində səlis danışıq və yazılı ünsiyyət bacarığı; - Rus və ya ingilis dillərindən ən azı birində sərbəst səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı; - Yüksək diqqətlilik, məsuliyyətlilik və analitik düşüncə; - Güclü yazılı və şifahi ünsiyyət bacarığı; - Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı; - Konfliktli vəziyyətləri düzgün idarə etmək və işgüzar münasibətləri qorumaq bacarığı; - Dinamik iş mühitində işləməyə, aktiv iş tempinə uyğunlaşmağa və yüksək iş yükünü idarə etməyə hazır olmaq; - Daxil olan sorğulara və iş tapşırıqlarına operativ şəkildə geri dönüş etmək bacarığı; - Komandada işləmək bacarığı. Biz nə təklif edirik? - Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; - Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; - Dinamik və müasir iş mühiti; - Müasir və rahat ofis şəraiti; - Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; - Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar; - Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı. İş şəraiti: - İş qrafiki: I–V günlər, 09:00–18:00; - İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza. Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.