Digər · Glorri
Biznes proseslərinin idarə edilməsi üzrə mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 06.10.2026 · Son tarix: 05.11.2026
Mənbədə son yoxlanış: 19.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Vəzifə öhdəlikləri: - Təşkilat daxilində mövcud biznes proseslərinin təhlili və monitorinqini həyata keçirmək; - İş proseslərinin səmərəliliyinin artırılması və optimallaşdırılması üzrə təkliflər hazırlamaq; - Struktur bölmələri arasında iş proseslərinin koordinasiyasında iştirak etmək; - Mövcud proseslərdə yaranan problemləri və səmərəsizlikləri müəyyənləşdirmək; - Yeni proseslərin və iş axınlarının hazırlanması və tətbiqində iştirak etmək; - Proseslərin icra vəziyyətini və müəyyən edilmiş göstəriciləri mütəmadi monitorinq etmək; - KPI və digər fəaliyyət göstəricilərinin hazırlanması və monitorinqində iştirak etmək; - Proseslərlə bağlı məlumatları toplamaq, sistemləşdirmək və təhlil etmək; - Analitik hesabatlar, təqdimatlar və təkmilləşdirmə təklifləri hazırlamaq; - Daxili prosedur və qaydaların hazırlanmasına və yenilənməsinə dəstək göstərmək; - Rəhbərliyin tapşırıqları üzrə müxtəlif analitik və təşkilati işləri həyata keçirmək; - Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması ilə bağlı layihələrdə iştirak etmək. Namizədə tələblər: - Ali təhsil; - Analitik və sistemli düşünmə bacarığı; - Məlumatların təhlili və strukturlaşdırılması bacarığı; - Proseslərin optimallaşdırılması prinsipləri haqqında ümumi anlayış; - MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı işləmək bacarığı; - Hesabat və təqdimat hazırlamaq bacarığı; - Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi nitq; - Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları; - Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq. İş şəraiti: - İş yeri: Bakı - İş qrafiki: Tam iş günü - Əmək müqaviləsi: Rəsmi