Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Mexanika Mühəndisi

Mətanət A Şirkətlər QrupuQaradağ, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 06.10.2026 · Son tarix: 05.11.2026

Mənbədə son yoxlanış: 19.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Mexaniki avadanlıqların, maşınların, sistemlərin və qurğuların texniki layihələndirilməsini həyata keçirir; - İstehsalat və ya texniki xidmət sahəsində avadanlıqların texniki vəziyyətinə nəzarət edir; - Planlı profilaktik baxış və təmir cədvəllərini tərtib edir və onların icrasına nəzarət edir; - Mexaniki avadanlıqların nasazlığını aşkarlayır, səbəbləri təhlil edir və aradan qaldırılması üçün tədbirlər planı hazırlayır; - Yeni texnoloji proseslərin və avadanlıqların tətbiqi zamanı texniki sənədləşməni (eskiz, cizgi, spesifikasiya və s.) hazırlayır; - Təmir və istismar işləri zamanı texniki təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə nəzarət edir; - Enerji və resurs sərfiyyatının azaldılması məqsədilə mexaniki sistemlərin optimallaşdırılması üzrə təkliflər verir; - Avadanlıqların texniki pasportlarını və istismar jurnallarını aparır; - Mexanik briqadalarının fəaliyyətinə rəhbərlik edir, işlərin koordinasiyasını təmin edir; - İstismar zamanı yaranan qəza hallarının aradan qaldırılması prosesində iştirak edir və hesabat hazırlayır; - Təchizat şöbəsi ilə birlikdə ehtiyat hissələrinin alınması və uçotu prosesində iştirak edir; - Müəssisənin texniki inkişafı və modernləşdirilməsi ilə bağlı təkliflər verir. - Mexanika mühəndisliyi, Maşınqayırma və ya oxşar sahə üzrə ali təhsil; - İstehsalat müəssisəsində mexaniki avadanlıqlarla iş üzrə minimum 3–5 il iş təcrübəsi; - Mexaniki avadanlıqların iş prinsipləri, quruluşu və texniki xidmət metodları üzrə biliklər; - Planlı profilaktika, təmir və istismar proseslərinin təşkili üzrə təcrübə; - Nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə praktiki bilik və bacarıqlar; - Texniki sənədləşmə (eskiz, cizgi, spesifikasiya və s.) hazırlamaq və oxumaq bacarığı; - Texniki təhlükəsizlik normalarını və istehsalat standartlarını bilmək; - Güclü analitik düşüncə, problem həll etmə bacarığı və məsuliyyətli iş yanaşması. İş şəraiti: - İş qrafiki: Həftədə 1 gün istirahət; - Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).