Bütün vakansiyalar

Digər · Glorri

Senior Red Team Specialist (Pentest)

Milli Kibertəhlükəsizlik AgentliyiŞah İsmayıl Xətai prospekti, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Təcrübəli (Senior)

Elan tarixi: 06.10.2026 · Son tarix: 05.11.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Red Team və penetrasiya testləri üzrə əməliyyatların planlaşdırılması, prioritetləşdirilməsi və koordinasiyası; - Korporativ sistemlər, şəbəkə infrastrukturu, veb tətbiqlər, daxili sistemlər və Active Directory mühitləri üzrə kompleks təhlükəsizlik testlərinin təşkili və icrası; - Real təhdid modellərinə əsaslanan hücum ssenarilərinin hazırlanması, tətbiqi və nəticələrinin qiymətləndirilməsi; - Red Team əməliyyatları üzrə texniki yanaşmaların, metodologiyaların və test çərçivələrinin formalaşdırılması; - Aşkarlanmış zəifliklərin biznes və texniki təsirinin qiymətləndirilməsi, risklərin prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması; - Blue Team/SOC komandaları ilə birgə aşkarlama, monitorinq və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi; - Red Team alətləri, prosesləri və hesabatlılıq standartlarının inkişaf etdirilməsi. - İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali təhsil; - Red Team, penetrasiya testi və offensive security sahəsində dərin praktiki biliklər; - Şəbəkə təhlükəsizliyi, Active Directory, veb tətbiq təhlükəsizliyi, Linux və Windows sistemləri üzrə yüksək səviyyəli texniki biliklər; - MITRE ATT&CK, OWASP Top 10, privilege escalation, lateral movement və müasir hücum texnikaları üzrə bilik; - Texniki hesabatların hazırlanması, nəticələrin rəhbərlik və texniki komandalar üçün aydın təqdim edilməsi bacarığı; - Offensive Security sertifikatlarının olması üstünlükdür. İş qrafiki: 09:00 - 18:00 (həftənin 5 günü)