Bütün vakansiyalar

İnzibati və ofis · Glorri

Ofis Administratoru

Tam ştatBakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 06.10.2026 · Son tarix: 05.11.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

İnzibati və ofis idarəetməsi • Ofisin gündəlik inzibati fəaliyyətini təşkil etmək və koordinasiya etmək • Ofis qaydalarını və daxili inzibati prosedurları hazırlamaq, onların tətbiqinə nəzarət etmək • Əməkdaşların gündəlik inzibati ehtiyaclarını koordinasiya etmək • Ofis ləvazimatlarını, inventarı və digər inzibati resursları idarə etmək • Təchizatçılar və xidmət göstərən şirkətlərlə kommunikasiya aparmaq • Ofis infrastrukturu, texniki və təsərrüfat məsələlərini koordinasiya etmək • Rəhbərliyin inzibati tapşırıqlarını icra etmək və koordinasiya etmək Sənəd dövriyyəsi və arxiv işi • Gələn və gedən sənədləri qeydiyyata almaq, təsnifləşdirmək, aidiyyəti departamentlərə yönləndirmək və lazım gəldikdə arxivləşdirmək • Müqavilə, məktub, rəsmi yazışma və digər korporativ sənədlərin dövriyyəsinə nəzarət etmək • Şirkət məlumatlarını və sənəd reyestrlərini aktual saxlamaq Reception və qonaqların qəbulu • Reception fəaliyyətini təşkil etmək və gündəlik idarə etmək • Qonaqları qarşılamaq, ofisə giriş prosesini təşkil etmək və onları aidiyyəti şəxslərə yönləndirmək • Gələn zəngləri, sorğuları və ümumi müraciətləri qəbul etmək • Görüşləri və qonaq səfərlərini koordinasiya etmək • Kuryer, poçt və sənəd çatdırılmalarının qəbulunu və göndərilməsini təşkil etmək • Ali təhsil (biznes idarəetməsi, menecment və ya əlaqəli sahə üstünlükdür) • Ofis administrasiyası, reception və ya sənəd dövriyyəsi sahəsində ən azı 2 il iş təcrübəsi • Azərbaycan dilində mükəmməl yazılı və şifahi bilik; ingilis dilində işgüzar səviyyədə ünsiyyət; rus dili bilikləri üstünlükdür • MS Office proqramlarından (Word, Excel, Outlook) və Microsoft Teams-dən sərbəst istifadə • Kargüzarlıq və işgüzar yazışma qaydalarını bilmək • Güclü təşkilatçılıq, prioritetləşdirmə və eyni anda bir neçə tapşırığı idarə etmə bacarığı • Diqqətlilik, məsuliyyət və məxfiliyə riayət • Peşəkar görünüş, xoş ünsiyyət və müştəri yönümlü yanaşma