IT və texnologiya · Glorri
Baş IT auditor
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 06.10.2026 · Son tarix: 05.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Fərdi məlumatların işlənməsi və mühafizəsi prosesləri üzrə audit və monitorinqlərin həyata keçirilməsi; Fərdi məlumatlar haqqında qanunvericiliyin tələblərinə uyğunluğun qiymətləndirilməsi, uyğunsuzluq və risklərin müəyyən edilməsi; Audit və monitorinqlər zamanı aşkar edilmiş faktların sənədləşdirilməsi və sistemləşdirilməsi; Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədilə görülən tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi; Audit və monitorinq fəaliyyətlərinin aparılması üçün daxili prosedur və metodologiyaların formalaşdırılmasında və təkmilləşdirilməsində iştirak; Audit zamanı toplanmış sübutların obyektivliyinin və tamlığının təmin edilməsi; Audit və monitorinq fəaliyyətləri üzrə prioritetlərin müəyyən edilməsində iştirak. İnformasiya texnologiyaları, informatika, kompüter elmləri, informasiya təhlükəsizliyi, tətbiqi riyaziyyat, data analitika ixtisasları üzrə ali təhsil; Beynəlxalq sertifikatlara malik namizədlərə üstünlük verilir (ISO/IEC 27701 və ya oxşar sahələr üzrə beynəlxalq standartlar üzrə təlim və ya sertifikatlar); Verilənlər bazası və PL/SQL üzrə işləmək bacarığı; Microsoft Office proqramlarında işləmək bacarığı; Səlist və aydın danışıq\yazı qabiliyyətinin olması. İş vaxtı: 09:00 - 18:00 (həftənin 5 günü)