Bütün vakansiyalar

Logistika və nəqliyyat · Glorri

Anbar fəhləsi (Sabirabad)

Prime CottonHeydər Əliyev, Sabirabad, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Orta səviyyə

Elan tarixi: 05.10.2026 · Son tarix: 04.11.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Əmtəə-maddi sərvətlərin anbara qəbul və buraxılması, lazım gəldikdə geri qaytarılması proseslərində iştirak etmək; malların anbar sahəsinə düzgün yerləşdirilməsini təmin etmək və bu zaman effektiv sahə istifadəsini nəzərə almaq. - Mal-material, inventar, təkər, motor yağı, sürtkü yağları və zəhərli dərmanların boşaldılması və yüklənməsi proseslərini təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirmək. - Anbar daxilində bütün yükləmə-boşaltma proseslərini yükqaldırıcı platforma və avtoyükləyici texnika vasitəsilə təhlükəsiz şəkildə icra etmək; malların stellajlara yığılması və götürülməsi zamanı göndəriş sənədlərinə uyğun işləmək. - Sifarişçilərə malların təhvil verilməsi zamanı, malların sayılması və yüklənməsi prosesində aktiv iştirak etmək və yüklərin anbar maşınlarına yerləşdirilməsində təhlükəsizlik qaydalarına riayət etmək. - Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişlərinə əsasən sayım, yerləşdirmə, təmizlik və təhlükəsizlik işlərini yerinə yetirmək. - Anbarın yanğından mühafizə və ümumi təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək. - Anbarın və fərdi iş yerinin təmiz və səliqəli saxlanması, ehtiyac olduqda mərkəzi anbarın ümumi təmizliyində iştirak etmək. - Nasazlıq və texniki uyğunsuzluqları aşkar etdikdə dərhal anbar rəhbərliyinə məlumat vermək. - İş sahəsində müəssisənin prosedur və ətraf mühit tələblərinə uyğun şəkildə tullantıların təmizlənməsini və təhlükəsiz iş şəraitinin təmin olunmasını həyata keçirmək. Tələblər: - Orta təhsil; - Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi; - Daxili əmək rejimi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə əsas qaydaları bilməli; - Avtoyükləyici ilə işləmək üçün xüsusi sertifikat və vəsiqə arzuolunandır. Səriştə və bacarıqlar: - Komandada işləmək bacarığı; - Məsuliyyətli və etibarlı yanaşma; - Düzgünlük və intizamlılıq; - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə sahəsində zəruri biliklərə malik olmaq.