Digər · Glorri
Daxili Nəzarət departamenti, Məhkəmə və icra işlərinə nəzarət şöbəsi/müdir
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Rəhbər (Lead)
Elan tarixi: 05.10.2026 · Son tarix: 04.11.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Şöbənin fəaliyyətinin planlaşdırılması, qısamüddətli və uzunmüdətli prioritetlər üzrə təkliflərin hazırlaması; - Şöbənin fəaliyyətinə nəzarətin həyata keçirilməsi, işinin keyfiyyətinə və hesabatların hazırlanmasına nəzarət; - Şöbənin əməkdaşları tərəfindən təqdim olunmuş cari, aylıq, rüblük və illik hesabatların təqdim edilməsi; - Şöbənin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasına nəzarət və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi; - Aidiyyəti strukturlarla birlikdə arbitraj, inzibati-iqtisadi və ümumi yurisdiksiya məhkəmələrinə, Bankın adından pretenziya və iddialar, pretenziyalara cavablar va iddialara etirazların hazırlanmasına nəzarət; - İnzibati-iqtisadi (arbitraj) ve ümumi yurisdiksiya məhkəmələrində Bankın maraqlarının qorunması məqsədi ilə nümayəndəliyin təmin edilməsi; - Məcburi alınması tələb olunan borcların aşkara çıxarılması məqsədi ilə debitor borcların vəziyyəti barədə materiallara baxılmasında və ümidsiz borcların silinməsi barədə təkliflərə rəylərin hazırlanmasında iştirak; - Pretenziyaların, iddiaların, pretenziyalara cavabların, iddialara etirazların, pretenziya və iddialarla bağlı sənədlərin uçotunun aparılmasına nəzarət edir; - Bankda iddia tələblərinin hazırlanması, məhkəmələrdə, arbitraj orqanlarında lazımi qaydada Bankın maraqlarının qorunması; - Mübahisəli məsələlər üzrə məhkəmə qararlarının icrası mərhələsində məhkəmə və icra işlərinə nəzarət şöbəsinin əməkdaşları ilə birgə tədbirlərin hayata keçirilməsi; - Qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin uçotunun aparılmasına nəzarət; - Məhkəmə aktı vaxtında icra edilmədikdə, girovsuz kreditlər üzrə borcalanların, onların zaminlərinin və əmlaklarının axtarışının təşkilinə nəzarət edilməsi; - Borclunun ümumi əmlak vəziyyətinin araşdırılması məqsədilə, aidiyyəti üzrə sorğuların verilməsi; - Aşkar edilmiş ipoteka predmetlərinin (dövlət qeydiyyatı aparılan daşınar və daşınmaz əmlakın) qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətilərinə sifarişlərin verilməsi və onlar tərəfindən obyektiv qiymətləndirilməsinə nəzarət; - Təminatsız kredit borcları ilə əlaqədar çıxarılmış məhkəmə qətnamələrinə əsasən borcalan və zaminlərin iş yerlərinin müəyyən edilməsi və borcun əmək haqqına yönəldilməsi üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi; - İcra edilmiş məhkəmə qətnamələri üzrə icraata xitam verilməsi, ipoteka predmetlərinin yüklülükdən azad edilməsi üçün zəruri sənədlərin hazırlanmasının və aidiyyəti üzrə göndərilməsi; - Bankın filial, şöbə və nümayəndəliklərinə hüquqi məsələlərlə bağlı məsləhətlərin verilməsi və metodiki köməkliklərin göstərilməsi; - Bankın fəaliyyəti ilə bağlı hüquqi məsələlərə dair Bankın müştərilərinə məsləhətlərin verilməsi; - Ali təhsil; - Bank sahəsində iş təcrübəsi (azı 4 (dörd) il); - Microsoft Word, Excel və PowerPoint proqramları ilə işləmək bacarığı; - Azərbaycan və rus dili biliyi; - Müştəri yönümlülük və güclü kommunikasiya bacarıqları.