Mühəndislik və istehsalat · Glorri
Sifarişlərin bölgüsü üzrə mütəxəssis (Məişət texnikası üzrə)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 01.10.2026 · Son tarix: 31.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Vəzifə öhdəlikləri: - Sistem üzrə daxil olan sifarişlərin analizi, eləcə də kateqoriya, ərazi və icra tarixləri üzrə bölgülərin aparılması; - Sifarişi müşayiətedici sənədlərin çap olunması, eləcə də, sənədlərin tamlığının yoxlanılması; - Texniklərin, ustaların gündəlik olaraq ərazilər üzrə təyin olunması, həmçinin, işlərin kənar xidmət göstərən ustalara, briqadalara bölgü edilməsi; - Gündəlik olaraq sifarişlərin cari statuslarının yoxlanılması və yenilənməsi, zərurət yarandıqda müştərilərlə əlaqənin qurulması, məlumatların təqdim olunması; - Çatışmayan məlumatların daxil edilməsi üçün aidiyyəti üzrə yönləndirilməsi; - Təhvil verilmiş və icra olunmamış sifarişlərin sistem üzrə qeydiyyatının aparılması, sənədlərin təhvil alınıb yoxlanması və arxivləşdirilməsi; - Digər şöbələrdən, eləcə də, prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular əsasında sifarişlərə aid sənədlərin və məlumatların təqdim olunması; - Məhsul, avadanlıq və ehtiyat hissələrinin vaxtı-vaxtında sifarişi və qalığa nəzarət edilməsi, xammal ehtiyacının təhlili və müvafiq sifarişlərin formalaşdırılması; - Daxil olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması, araşdırılması, həlli və aidiyyəti üzrə yönləndirilməsi, işlə bağlı yazışmaların aparılması; - Tabeliyində olan əməkdaşlar üçün ezamiyyət, məzuniyyət eyni zamanda nəqliyyat vasitələr üçün lazımi sənədlərin ( etibarnamə, yol vərəqəsi və s.) hazırlanması üçün müraciətlərin göndərilməsi; - Birbaşa rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, hesabatların hazırlanlanıb, təqdim olunması. Tələblər: - Ali təhsil(İqtisadi, İdarəetmə, texniki sahələr üzrə arzu olunandır); - Səlis azərbaycan dili, rus dili biliyi arzuolunandır; - Müvafiq sahədə minimum 1 il təcrübəsi; - Xidmət ərazilərini yaxşı tanıması; - MS Office proqramlarında sərbəst işləmə bacarığı; - Riyazi və məntiqi biliklər; - Analitik düşüncə, təhliletmə qabiliyyəti; - Punktuallıq və detallara diqqət etmə bacarığı; - Problem həll etmə bacarığı; - Məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq; - Sərbəst qərar verə bilmə bacarığı; - Komandada işləmək bacarığı.