IT və texnologiya · Glorri
SAP ABAP proqramlaşdırılması üzrə aparıcı mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 12.10.2026 · Son tarix: 18.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Funksional tələblərin texniki həllərə çevrilməsində iştirak etmək, texniki spesifikasiyaları hazırlamaq və ya nəzərdən keçirmək; - WRICEF obyektlərinin (hesabatlar, interfeyslər, məlumat miqrasiyası proqramları, genişləndirmələr, formalar və iş axınları) texniki dizaynını qiymətləndirmək; - Standart SAP funksionallığından kənar inkişaf ehtiyaclarını təhlil etmək və alternativ həllər üzrə texniki rəy vermək; - Texniki həlləri SAP Clean Core, extensibility və gələcək yeniləmələrə uyğunluq prinsipləri baxımından qiymətləndirmək; - Digər SAP modulları və xarici sistemlərlə inteqrasiya tələblərini texniki baxımdan nəzərdən keçirmək; - Ehtiyac olduqda ABAP, ABAP Objects, CDS Views, OData xidmətləri, BAdI və SAP Fiori backend komponentləri üzrə inkişaf işləri aparmaq; - Vendor tərəfindən hazırlanan kodu nəzərdən keçirmək, aşkar olunan çatışmazlıqlar üzrə rəy bildirmək və texniki qəbul üçün tövsiyələr təqdim etmək; - Kodun performans, təhlükəsizlik və inkişaf standartlarına uyğunluğunu qiymətləndirmək, çatışmazlıqların aradan qaldırılmasını izləmək; - SAP S/4HANA-nın digər SAP həlləri və xarici sistemlərlə inteqrasiyası üzrə texniki dizaynı nəzərdən keçirmək; - API, OData, IDoc, RFC və SAP Integration Suite vasitəsilə qurulan interfeyslərin hazırlanması, test edilməsi və yaranan xətaların aradan qaldırılmasında iştirak etmək; - Unit Test və inteqrasiya testlərində iştirak etmək, UAT zamanı yaranan texniki məsələlərin həllinə dəstək vermək; - İnkişaf işləri üzrə tapşırıqları, dəyişiklik sorğularını, texniki riskləri və asılılıqları izləmək; layihə rəhbərliyinə müvafiq status məlumatları təqdim etmək; - Vendor tərəfindən bilik ötürülməsində iştirak etmək, mənbə kodunun və texniki sənədlərin ADY-yə tam təhvil verilməsini izləmək; - Texniki sənədləşməni, inkişaf standartlarını və hazırlanmış obyektlərin reyestrini aktual saxlamaq; - Cutover, Go-Live və Hypercare mərhələlərində, eləcə də Go-Live sonrasında insidentlər və dəyişiklik sorğuları üzrə ABAP dəstəyi göstərmək. - İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil; - SAP ABAP proqramlaşdırması üzrə minimum 2 il praktiki təcrübə; - Xarici dil (ingilis/rus dili) biliklərini üstünlükdür; - SAP S/4HANA tətbiqi və ya transformasiyası layihəsində, müştəri tərəfində və ya SAP konsaltinq iş təcrübəsi üstünlükdür; - ABAP, ABAP Objects, WRICEF, CDS Views, OData, BAdI/Enhancements, Smart Forms və ya Adobe Forms, IDoc, RFC, Web Services və SAP Fiori backend komponentləri; - texniki spesifikasiyaların hazırlanması, code review, debugging, performansın optimallaşdırılması, transport management və inteqrasiya həlləri; - SAP Clean Core və extensibility yanaşmaları, ABAP Cloud, RAP, SAP BTP Extension Suite, SAP Integration Suite və SAPUI5; - SAP ABAP, SAP S/4HANA Development, SAP BTP və ya əlaqəli SAP sertifikatları üstünlükdür;