Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Elektrik sahəsi üzrə aparıcı mühəndis (Bakı Limanı)

Azərbaycan Dəmir YollarıQaradağ rayonu, Ələt qəsəbəsi
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 02.10.2026 · Son tarix: 01.11.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Elektrik avadanlıqlarının (transformatorlar, paylayıcı şkaflar, generatorlar, işıqlandırma və s.) illik və aylıq texniki xidmət və təmir planlarını hazırlamaq; - Təmir resurslarının (material, avadanlıq, işçi qüvvəsi) planlanmasını həyata keçirmək; - Elektrik sistemlərinə dair texniki sənədləri, layihə sxemlərini hazırlamaq və normativlərə uyğunluğunu təmin etmək; - Elektrik işinin təşkili zamanı qanunvericilik tələblərinə, normativ-texniki sənədlərə (IEC, ISO, AzTS və s.), o cümlədən istehsalçı tələblərinə uyğunluğun planlaşdırılması, yerinə yetirilməsi və nəzarətini həyata keçirmək; - Elektrik qəzalarının və avadanlıqların sıradan çıxmalarının qarşısının alınması məqsədilə risk analizi aparmaq; - Yeni elektrik sistemlərinin tətbiqinə dair texniki təkliflər irəli sürmək və bu təkliflər əsasında ilkin planlama işlərini həyata keçirmək; - Avadanlıq modernizasiyası və enerji səmərəliliyi üzrə layihələrdə iştirak etmək; - Avtomatlaşdırılmış monitorinq sistemlərinin tətbiqi üçün texniki təhlil və planlama işlərini həyata keçirmək. Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə ali (Elektrik mühəndisliyi, elektroenergetika və ya müvafiq texniki ixtisas sahələri üzrə) Təcrübə: Müvafiq istiqamət üzrə 3 il Bilməlidir: - Aşağı, orta və yüksək gərginlikli elektrik sistemləri haqqında biliklər; - Elektrik sxemləri və avadanlıqlarının texniki xüsusiyyətləri və tətbiq sahələrinə dair biliklər; - Yük hesablamaları, kabel seçimi, qoruma sistemlərinə dair biliklər; - SCADA, PLC kimi avtomatlaşdırma sistemlərinin əsasları; - Generatorlar, UPS, transformatorlar sistemləri və onların tətbiqinə dair bilik və bacarıqlar; - Dövlət standartları, texniki normativlər, beynəlxalq və yerli standartları bilmək. Bacarıqlar və şəxsi keyfiyyətlər: - Planlaşdırma; - Nəticəyönümlülük; - Risklərin idarə edilməsi; - Analitik düşüncə.