Maliyyə və mühasibat · Glorri
Korporativ Bankçılıq Departamenti/Kreditlərin təşkili və strateji idarə olunması şöbəsinin Mütəxəssisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Orta səviyyə
Elan tarixi: 02.10.2026 · Son tarix: 01.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Kredit qərarlarının bankın kredit siyasətinə və risklərin idarə edilməsi çərçivəsinə uyğunluğunu təmin etmək üçün Müştəri Menecerləri, Kredit Riskinin Anderraytinqi və Risklərin İdarəedilməsi komandaları ilə əməkdaşlıq etmək; - Müştərilərin gələcək maliyyə performansını və borc tutumunu proqnozlaşdırmaq üçün nağd pul axını (cash flow) modellərini və DCF qiymətləndirmələrini hazırlamaq; - Müştərilərin kredit qabiliyyətini, maliyyə hesabatlarını (Balans, M&Z, Nağd pul axını), kredit tarixçələrini və sənaye trendlərini təhlil etmək, daxili risk reytinqlərini (grading) təyin etmək; - Təyin olunmuş müştəri portfelinin maliyyə vəziyyətini, likvidlik göstəricilərini və kovenantlara əməl olunmasını davamlı izləmək; - Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun optimal məhsul qarışığına qərar verilməsinə dəstək olmaq; - Bazar trendlərini, iqtisadi mühit dəyişikliklərini və qanunvericilik tələblərini izləyərək erkən xəbərdarlıq (early-warning) siqnallarını müəyyən etmək; - Agile yanaşma ilə çalışan sənaye qruplarında (squad) aktiv iştirak etmək və müəyyən edilmiş hədəflərə birgə nail olmaq; - Kredit risk anderraytinqi və sonrakı mərhələlərdə müvafiq komitələrdə təsdiqini tapmaq üçün limitlər və kredit təkliflərini hazırlayıb Kredit Komitəsinə təqdim etmək; - Şöbədaxili proseslərin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması üçün SQL, Power BI və AI/LLM əsaslı layihələrin hazırlanmasında və tətbiqində proaktiv iştirak etmək; - Baş Kredit Analitikinə analitik dəstək göstərmək, məlumatların toplanmasında və ilkin hesabatların hazırlanmasında iştirak etmək; - Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət etmək və müştərilərə verilən limitlərin vaxtında yenilənməsini təmin etmək; - Kredit müqavilələri və digər bank məhsulları üzrə hüquqi sənədləşməni nəzərdən keçirmək, bütün fəaliyyətin KYC və Komplayns qaydalarına uyğunluğunu təmin etmək; - Bankın maraqlarını üstün tutmaq, komplayns siyasəti və etik davranış qaydalarına riayət etmək; - Bankın Təşkilati Risklərin İdarəedilməsi siyasətinə əməl etmək, iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib lazımi addımları atmaq. - Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə bakalavr və ya magistr təhsili; - Bank, kredit təhlili və ya maliyyə sahəsində 2+ il iş təcrübəsi ; - IFRS, xüsusilə IFRS 9 , maliyyə hesabatlarının təhlili və maliyyə modelləşdirilməsi (Cash Flow, DCF) üzrə biliklər; - CFA sertifikatı və ya CFA proqramında iştirak üstünlükdür; - Azərbaycan, ingilis dillərində yaxşı səviyyədə ünsiyyət bacarığı; rus dili arzuolunandır; - MS Excel üzrə yüksək səviyyədə bilik; SQL və Power BI üstünlükdür; - Bank məhsulları, Azərbaycan bank sektoru və CBAR tələbləri üzrə məlumatlılıq; - Güclü analitik düşüncə, detallara diqqət, komanda ilə işləmək və yüksək məsuliyyət hissi.