Bütün vakansiyalar

Digər · Glorri

Usta

Prime CottonSarıcalar, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 01.10.2026 · Son tarix: 31.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və təmir prosesinə hazırlaşmaq; - Maşın,mexanizm,aqreqat və qurğuların və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması; - Maşın,mexanizm,aqreqat və qurğulara təyin olunmuş dövriliklə texniki baxış keçirmək;Kənd təsərrüfatı texnikalarının və digər aqreqatların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin edilməsi; - Gündəlik olaraq istismar olunan maşın,mexanizm,aqreqat və qurğuların yoxlanılması və lazımi təmir işlərinin icra edilməsi; - Təmir işlərinin ardıcıllığını planlaşdırmaq; - Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq; - İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaq və iş yerini təmizləmək; - Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; - İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək - İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq; - Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək; - Mexaniki komponentlər və ya hissələri saz vəziyyətdə saxlamaq və/və ya təmir etmək: - Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirmək; - Tələb olunan spesifikasiyaya uyğun olaraq istismar qaydaları kitabçasında göstərilən qaydada komponentləri və ya hissələri saxlamaq, təmir etmək və ya dəyişmək; - Maşın,mexanizm,aqreqat və qurğuların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq; - İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək - Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək; - Çilingər işinə aid texniki sənədləri, normativləri və yuxarı təşkilatların sərəncamlarını bilmək. - İxtisas dərəcələrinə aid tələbləri bilmək. - Komanda daxilində işləmək , komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq və gərgin iş şəraitində işləmək bacarıqlarına malik olmaq