Logistika və nəqliyyat · Glorri
Yükləyici sürücüsü-mövsümi (Yevlax İFT)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 01.10.2026 · Son tarix: 31.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Yükləmə-boşaltma əməliyyatlarını şirkətin müəyyən etdiyi təhlükəsizlik qaydalarına və prosedurlarına uyğun olaraq icra etmək; - Verilmiş istehsalat tapşırığı daxilində yükləri boşaltmaq, müvafiq yerlərdə yerləşdirmək və yüklərin yerini dəyişmək; - İdarə etdiyi texnikada istənilən zədə, nasazlıq aşkar etdikdə sahə rəhbərinə məlumat vermək; - Akkumulyatorların sazlığı da daxil olmaqla nəqliyyat vasitəsini və avadanlığı hər gün yoxlamaq; - Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək; - İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək; - İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq; - Texnikanın və avadanlıqların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq; - İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək; - Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək; - İşdən əvvəl müvafiq təlimatlardan istifadə etməklə işə hazırlaşmaq; - İşlərin ardıcıllığını planlaşdırmaq; - Kollektivlə işləmək bacarığı və əmək intizamının yüksək olması; - Diqqətli, çevik və məsuliyyətli olmaq; - Təhlükəsiz iş icra etmə metodlarını yaxşı bilməlidir; - İşini planlaşdırmağı və təşkil etməyi bacarmalıdır; - Ortaya çıxan problemləri həll etməyi bacarmalıdır; - Vaxtdan səmərəli istifadə etməyi bacarmalıdır.