Digər · Glorri
Mişar Kəsim Operatoru (Hacıqabul)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 01.10.2026 · Son tarix: 31.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Mişar kəsim dəzgahını işə hazırlamaq, avadanlığın düzgün işləməsini təmin etmək üçün lazımi ayarları və tənzimləmələri etmək - Kəsim işləri başlamadan əvvəl avadanlığı və alətləri yoxlamaq, zədələnmiş və ya işlək olmayan hissələri dərhal dəyişdirmək və ya təmir etmək - İş zamanı avadanlığın işini daim izləmək və kəsim keyfiyyətinə nəzarət etmək - İstehsalın tələblərinə uyğun olaraq, materialları mişar kəsim maşını ilə kəsmək - Kəsim prossesini dəqiq və vaxtında yerinə yetirmək, kəsim keyfiyyətini və ölçülərin düzgünlüyünü təmin etmək - Texniki sənədlərə, rəsmlərə və ya iş təlimatlarına əsasən kəsiləcək hissələrin miqdarını, ölçüsünü və növünü müəyyən etmək - Kəsilən materialın keyfiyyətini yoxlamaq, hər hansı bir nasazlıq və ya defekt aşkar edildikdə dərhal müvafiq tədbirlər görmək - Kəsim prossesi zamanı meydana gələn səhvləri aradan qaldırmaq və məhsulun tələblərə uyğunluğunu təmin etmək - Təhlükəsizlik qaydalarına və istehsalatda əməyin mühafizəsi qaydalarına ciddi əməl etmək - Mişar kəsim maşını və digər avadanlıqlarla işləyərkən təhlükəsizlik qoruyucu vasitələrindən (gözlüklər, əlcəklər və s.) istifadə etmək - Hər hansı bir qəza və ya təhlükəsizlik problemi baş verdikdə dərhal müvafiq məsul şəxslərə məlumat vermək və təhlüksizlik tədbirlərini həyata keçirmək - İş yeri və ətrafinda kəsim zamanı yaranan tullantıları təmizləmək, kəsim masalarını və avadanlıqları səliqəli vəziyyətdə saxlamaq - Kəsim prossesindən sonra istifadə olunan materialların düzgün şəkildə yığılması və təmizlənməsi - Kəsim üçün istifadə olunan materialların düzgün şəkildə yerləşdirilməsi və saxlanılması - Xammalın miqdarını izləmək və lazım olduqda əlavə xammal təmin etmək - Kəsici alətlərdən (laqonda və s.) düzgün istifadə qaydalarını mükəmməl bilmək və işləri yerinə yetirmək - Təhsil: Orta; - Yaş həddi: 26-40; İş şəraiti: - İş rejimi: Növbəli; - İş yeri: Hacıqabul ray, Atbulaq kəndi, Hacıqabul Sənaye Parkı (Elberg MMC) ; Biz nə təklif edirik: - Nahar şirkət tərəfindən təmin edilir; - Nəqliyyat şirkət tərəfin təmin edilir; - Əmək haqqı razılaşma yolu ilə.