Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Yarımavtomat qaynaqçısı (Hacıqabul)

Mətanət A Şirkətlər QrupuHacıqabul, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 01.10.2026 · Son tarix: 31.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Qaynaq üçün istifadə olunacaq materialları, alətləri və avadanlıqları düzgün hazırlamaq - Qaynaq üçün düzgün elektrod teli və qaz (inert və ya aktiv) seçmək - Yarımavtomat qaynaq maşınının parametrlərini (cəryan, gərginlik, tel sürəti) materialın növü və qalınlığına uyğun tənzimləmək - Qaynaq ediləcək metal hissələri təmizləmək və qaynaq üçün hazırlamaq - Qaynaqdan əvvəl metal hissələrinin düzgün yerləşdirilməsini təmin etmək və qaynaq yerində hər hansı bir əlavə tənzimləmə və ya sıxma işləri həyata keçirmək - Yarımavtomat qaynaq aparatını işə salmaq və qaynaq başlatmaq - Qaynaq başlığını düzgün yerləşdirmək və teldən düzgün qaynaq xətti çəkmək - Qaynaq zamanı telin əridilməsini və ərimiş metalın düzgün birləşməsini təmin etmək - Qaynaq prossesini müşahidə etmək və lazım olduqda qaynaq parametrlərini tənzimləmək - Qaynaq başlığının düzgün mövqeyini təmin etmək, qaynaq tikişini davamlı və bərabər şəkildə çəkmək - Qaynaq edilən materialın düzgün əriməsini və qüsursuz birləşməni təmin etmək - Qaynaq işləri bitdikdən sonra qaynaq tikişlərini yoxlamaq və düzgünlüyünü qiymətləndirmək - Hər hansı bir çatlama, qırılma və ya boşluqları aşkar etmək və dərhal düzəltmək - Qaynaq tikişlərinin ölçü və keyfiyyətini yoxlamaq - Qaynaqdan əvvəl və sonra metal hissələrini yoxlamaq və hər hansı bir qüsuru aradan qaldırmaq - İşin sonunda qaynaq olunan hissələrin istismar şərtlərini uyğunluğunu təmin etmək üçün müvafiq testlər həyata keçirmək - Yarımavtomat qaynaq aparatını mütəmadi olaraq yoxlamaq və təmizləmək - Telin və qazın düzgün işlədiyini təmin etmək - Qaynaq maşınının və alətlərinin düzgün işləməsini təmin etmək, cihazlarda yaranan nasazlıqları vaxtında təmir etmək - Qaynaq başlığını, alətləri təmizləmək və saxlanmasını təmin etmək - Avadanlıqda yaranan hər hansı bir nasazlıq barədə rəhbərliyə məlumat vermək və təmir üçün müvafiq tədbirləri görmək - Kəsici alətlərdən (laqonda və s.) düzgün istifadə qaydalarını mükəmməl bilmək və işləri yerinə yetirmək - Təhsil: Orta; - Yaş həddi: 26-40; İş şəraiti: - İş rejimi: Növbəli; - İş yeri: Hacıqabul ray, Atbulaq kəndi, Hacıqabul Sənaye Parkı (Elberg MMC) ; Biz nə təklif edirik: - Nahar şirkət tərəfindən təmin edilir; - Nəqliyyat şirkət tərəfin təmin edilir; - Əmək haqqı razılaşma yolu ilə.