Bütün vakansiyalar

Digər · Glorri

Tornaçı (Hacıqabul)

Mətanət A Şirkətlər QrupuHacıqabul, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 01.10.2026 · Son tarix: 31.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Kəsiləcək materialları düzgün şəkildə seçmək - Torna maşının düzgün işləməsi üçün lazımı alətləri seçmək və quraşdırmaq (kəsici alətlər, vida və çübüqlar) - Parçanın dəqiq ölçülərini və formalarını hazırlamaq üçün torna maşınına uyğun olaraq proqramlaşdırmaq - Kəsim parametrlərini (sürət, dərinlik, dönmə sürəti və s.) müvafiq materiala və iş tələbinə uyğun tənzimləmək - Torna maşınını işə salmaq və materialı müvafiq şəkildə yerləşdirmək - Maşını idarə edərək, materialın kəsilməsini və formalaşmasını izləmək - Hər bir kəsmə əməliyyatı zamanı ölçü və forma dəqiqliyini təmin etmək - Qrafik və texniki sənədlərə əsaslanaraq işin gedişatını idarə etmək - Kəsilən hissələri mütəmadi olaraq yoxlamaq və hər hansı bir qüsur və ya səhv varsa dərhal düzəltmək - İstehsal olunan hissələrin ölçülərini, xüsusiyyətlərini və kəsim keyfiyyətini yoxlamaq - Kəsilmiş hissələrin texniki şərtlərə uyğunluğunu təmin etmək - Məhsulun düzgünlüyünü və keyfiyyətini artırmaq məqsədilə, lazım olduqda təkmilləşdirmə təklifləri vermək - Torna maşınlarının təmizliyini təmin etmək və düzgün işləməsi üçün mütəmadi olaraq baxımını aparmaq - Kəsici alətlərin vəziyyətini yoxlamaq, zədələnmiş və ya köhnəlmiş alətləri dəyişdirmək - Maşınların yağlanması və qorunması üçün müvafiq tədbirlər görmək - Avadanlıqda yaranan nasazlıqları vaxtında aşkar edib təmir şöbəsinə bildirmək - Torna maşınına uyğun ölçmə alətlərindən (mikrometr, qaliper və s.) istifadə etmək - İstehsal prossesində texniki sənədlərin oxunması və təhlil edilməsi - Təhsil: Orta; - Yaş həddi: 26-40; İş şəraiti: - İş rejimi: Növbəli; - İş yeri: Hacıqabul ray, Atbulaq kəndi, Hacıqabul Sənaye Parkı (Elberg MMC) ; Biz nə təklif edirik: - Nahar şirkət tərəfindən təmin edilir - Nəqliyyat şirkət tərəfin təmin edilir - Əmək haqqı razılaşma yolu ilə