Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Aparıcı inşaat mühəndisi

PMD Projects MMCBakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 01.10.2026 · Son tarix: 31.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində, habelə, metodologiya və icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək; - Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq; - Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkilinə, hazırlıq işlərinin yerinə yetirilməsinə və qrafiklərinə nəzarət etmək; - Tikinti sahələrində yerinə yetirilən işlərə nəzarət etmək, işlərin hissəli və bütövlükdə qəbulunda, bitmiş bina/qurğuların təhvil-təslimində iştirak etmək; - Tikinti layihələrinin planlarına, habelə iş qrafiklərinə riayət edilməsinə, tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək; - İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək; - Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək; - Şəhərsalma və tikinti sahəsinə dair normativlərə əsasən tələb olunan sənədləri tərtib etmək; - Nəzarət edilən tikinti sahələrinə digər tərəflərdən tələb olunan sənədlərin tərtibini təmin etmək; - Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;· - Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərini araşdıraraq önləyici tədbirlər görmək; - Yerinə yetirilmiş işlərin qeydiyyatını apararaq müvafiq hesabatların hazırlanması üçün məlumat təqdim etmək; - Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək; - İnşaat köməkçisi və təcrübəçilərin peşəkar inkişafına dəstək olmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək. - Ali təhsil : İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil; - İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi; - Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus – arzuolunandır; - Kompüter bacarıqları: MS Office, Autocad; - Tikinti normalarına dair biliklər; - Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.