Bütün vakansiyalar

Satış və marketinq · Glorri

Kommersiya nəzarəti üzrə mütəxəssis

PMD Projects MMCBakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 01.10.2026 · Son tarix: 31.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Layihə üzrə təqdim olunan BOQ və smeta sənədlərinin texniki və kommersiya baxımından yoxlanılması; - Layihə cizgiləri və texniki spesifikasiyalar əsasında iş həcmlərinin düzgünlüyünün təhlil edilməsi; - Bazar qiymətlərinin monitorinqi və tətbiq olunan qiymətlərin bazar şərtlərinə uyğunluğunun qiymətləndirilməsi; - Podratçı və təchizatçılardan alınan qiymət təkliflərinin müqayisəli təhlilinin aparılması; - İlkin və detallı smeta hesablamalarının yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi; - Faktiki xərclərlə təsdiqlənmiş büdcə göstəriciləri arasındakı fərqlərin analiz olunması; - Variation Order (VO) dəyişiklikləri üzrə təqdim olunan əlavə iş həcmlərinin və xərclərin yoxlanılması və sənədləşdirilməsinə nəzarət edilməsi; - Layihə üzrə ehtimal yekun büdcə, (BAC) ehtimal yekun xərcin (EAC) və mənfəətin hesablanması və aylıq yenilənməsi; - Layihə xərclərinin təsdiqlənmiş büdcəyə uyğun monitorinqinin aparılması; - Podratçılar tərəfindən təqdim edilən kommersiya iddialarının, Variation Order (VO) və dəyişikliklərin səbəblərinin araşdırılması; - Dəyişikliklər üzrə həcmlərin cizgiyə uyğun yoxlanılması, vahid qiymətin təhlili və təsdiqedici sənədlərin yoxlanılması; - Bütün iddia və dəyişikliklərin müqavilə şərtlərinə uyğunluğunun və düzgün sənədləşdirilməsinin təmin edilməsi; - Xərc artımlarının, iş həcmi dəyişikliklərinin və büdcə aşımı hallarının qarşısını almaq məqsədi ilə tenderə çıxarılan BOQ-ların təhlili və həcmlərinin yoxlanılması. - Ali təhsil: İnşaat mühəndisliyi, Tikintinin idarə edilməsi və ya digər müvafiq ixtisas üzrə ali təhsil; - İş təcrübəsi : Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 3 il iş təcrübəsi; - Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili - yaxşı; - Kompüter bacarıqları: MS Office, Autocad; - Komanda şəklində çalışmaq və əməkdaşlıq bacarıqları.