IT və texnologiya · Glorri
Data İstiqamətinin rəhbəri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 01.10.2026 · Son tarix: 31.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Bankın Data strategiyasına və 2026-cı ilin IV rübündən 2028-ci ilin sonunadək olan yol xəritəsinə rəhbərlik etmək, strategiyanı ölçülə bilən nəticələr üzrə formalaşdırılmış rüblük icra planına çevirmək; - Data Engineering, BI, Analytics və Data Governance istiqamətləri üzrə komandalara rəhbərlik etmək, komandanın formalaşdırılmasını, yeni əməkdaşların cəlb edilməsini və peşəkar inkişafını təmin etmək; - Strateji data platformalarının inkişafı ilə gündəlik biznes tələbləri (ad-hoc məlumat sorğuları, tənzimləyici hesabatlar və s.) arasında balans yaratmaq, prioritetləri və resurs bölgüsü üzrə qərarları rəhbərliyə əsaslandırılmış şəkildə təqdim etmək; - Bankın məlumatların idarə olunması və istifadəsi sahəsində ekspert və strateji tərəfdaş kimi çıxış etmək; biznes rəhbərləri, Maliyyə, Risklərin idarə edilməsi, Komplayens və İnformasiya Texnologiyaları və s. strukturlar ilə əməkdaşlıq etmək, məlumatlarla bağlı əsas strateji məsələləri, təşəbbüsləri və təklifləri İdarə Heyətinə təqdim etmək; - Məlumatların keyfiyyətinə nəzarət mexanizmləri inteqrasiya edilmiş korporativ ODS-in (Operational Data Store) yaradılmasına və inkişafına rəhbərlik etmək; - Biznes domenləri üzrə Data Mart-ların və onların dayanıqlı fəaliyyətini təmin edən data pipeline-ların layihələndirilməsini və qurulmasını təmin etmək; - Data Engineering üzrə vahid texniki və əməliyyat standartlarını formalaşdırmaq və tətbiq etmək. - Ənənəvi SQL və BI istifadəsi ilə yanaşı, LLM və MCP əsaslı həllərin istifadəsi üçün AI-ready Data Layer və müvafiq məlumat çıxışı mexanizmlərini formalaşdırmaq; - BI platformasının inkişaf strategiyasına rəhbərlik etmək, o cümlədən mövcud/legacy hesabatların müasir BI platformasına mərhələli miqrasiyasını və biznes istiqamətləri üzrə geniş tətbiqini təmin etmək; - İdarəetmə və tənzimləyici hesabatların vaxtında, dəqiq və etibarlı şəkildə hazırlanmasını təmin etmək, biznes istifadəçiləri üçün self-service analytics imkanlarını inkişaf etdirmək; - Mövcud hesabat ekosistemini optimallaşdırmaq: təkrarlanan və aşağı dəyər yaradan hesabatları aradan qaldırmaq, əsas/golden dashboard-ları müəyyən etmək və göstəricilər üzrə vahid terminologiya və hesablama standartları formalaşdırmaq; - Data Governance çərçivəsini formalaşdırmaq və tətbiq etmək, biznes üzrə Data Owner və Data Steward rollarını müəyyənləşdirmək, Data Catalog, Data Lineage, data keyfiyyəti qaydaları və müvafiq KPI-ları tətbiq etmək; - Strateji əhəmiyyət daşıyan məlumatlar üzrə Master Data Management prosesinə rəhbərlik etmək; - Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq tələblərinə, fərdi məlumatların qorunması haqqında qanunvericiliyə və bankın daxili informasiya təhlükəsizliyi siyasətlərinə uyğunluğu təmin etmək; - Bankda Data savadlılığının və data yönümlü mədəniyyətin inkişafını təmin etmək, Data Owner-lər üçün onboarding proqramları təşkil etmək, data maturity assessment həyata keçirmək və müvafiq təlim proqramlarını formalaşdırmaq. - Məlumat mühəndisliyi və ya məlumat analitikası sahəsində ən azı 6 il, o cümlədən müxtəlif komandaların idarə olunması üzrə ən azı 3 il rəhbərlik təcrübəsi. Bank və ya maliyyə texnologiyaları sektorunda iş təcrübəsi arzuolunandır; - Tənzimlənən mühitdə korporativ məlumat platformasının layihələndirilməsi, qurulması, tətbiqi və istismara verilməsinin idarə olunması üzrə praktiki təcrübə; - Məlumat bazaları, SQL, məlumatların dəyişikliklərinin izlənməsi, məlumatların çıxarılması, çevrilməsi və yüklənməsi, məlumatların modelləşdirilməsi və emalı prosesləri üzrə dərin praktiki biliklər; - Bulud əsaslı məlumat və analitika platformaları, həmçinin lokal və bulud sistemlərini birləşdirən hibrid data arxitekturaları ilə işləmək təcrübəsi; - Böyük həcmli biznes analitikası və hesabatlılıq platformalarının qurulması və idarə olunması üzrə təcrübə; - Məlumatların idarə olunması sisteminin yaradılması və tətbiqi üzrə praktiki təcrübə: məlumat kataloqu, məlumatların mənşə və hərəkət zəncirinin izlənməsi, məlumat keyfiyyətinin idarə olunması, əsas məlumatların idarə edilməsi və məlumatlara sahiblik modelinin formalaşdırılması; - Bank fəaliyyətinin əsas məlumat sahələri — hesablar, kreditlər, depozitlər, ödənişlər və kartlar — üzrə anlayış və tənzimləyici hesabatlılıq sahəsində təcrübə; - Güclü Data komandalarının formalaşdırılması, istedadların cəlb edilməsi, inkişaf etdirilməsi və komandada saxlanılması üzrə təcrübə; - Çevik prinsiplərlə çalışan məhsul, texnologiya və biznes komandaları ilə effektiv əməkdaşlıq təcrübəsi; - Yuxarı rəhbərlik və biznes tərəfdaşları ilə yüksək səviyyədə kommunikasiya və əməkdaşlıq bacarığı; texnoloji qərarların üstünlüklərini, məhdudiyyətlərini və biznesə təsirini izah etmək, resurs və prioritetlərlə bağlı qərarları əsaslandırmaq bacarığı; - Rus dilində sərbəst, ingilis dilində isə işgüzar səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.. Əlavə üstünlük hesab olunur - Maşın öyrənməsi modellərinin istismara verilməsi və idarə olunması, xüsusi məlumat bazalarının yaradılması və ya Böyük dil modelləri əsaslı tətbiqlər üçün data infrastrukturunun qurulması üzrə təcrübə; - IFRS 9 üzrə hesabatlılıq və modellər üçün məlumat axınları və data tələbləri barədə anlayış; - Bankın əsas əməliyyat sistemləri və ödəniş infrastrukturları ilə iş təcrübəsi.