Bütün vakansiyalar

Hüquq · Glorri

Kiçik hüquqşünas

Baku Steel Company507 Ziya Bunyadov, Bakı 1029, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 30.09.2026 · Son tarix: 30.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Müqavilə, saziş, əmr, sərəncam və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək və qanunvericiliyə uyğunluğunu ilkin qaydada yoxlamaq; - Müqavilə layihələrinin hüquqi ekspertizasını aparmaq, hüquqi riskləri təhlil etmək və müvafiq düzəlişlər təklif etmək; - Müqavilələrə dəyişiklik, əlavə, uzadılma və xitamla bağlı hüquqi sənədlərin hazırlanmasında iştirak etmək; - Korporativ, kommersiya və mülki hüquq məsələləri üzrə hüquqi araşdırmalar aparmaq, qanunvericiliyi və məhkəmə təcrübəsini təhlil etmək; - Struktur bölmələrdən daxil olan hüquqi sorğuları araşdırmaq, hüquqi rəy, arayış və izahatların hazırlanmasında iştirak etmək; - İddia ərizələri, etirazlar, tələb məktubları və digər prosessual sənədlərin hazırlanmasına dəstək göstərmək; - Müəssisədaxili normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak etmək; - Müqavilələrin və digər hüquqi sənədlərin uçotu, saxlanılması və arxivləşdirilməsini təmin etmək. - Hüquq ixtisası üzrə ali təhsil; - Hüquq sahəsində minimum 1 il iş təcrübəsi (təcrübə proqramları və hüquqşünas köməkçisi təcrübəsi nəzərə alınır); - Korporativ, müqavilə, kommersiya və mülki hüquq sahələri üzrə biliklər; - Azərbaycan Respublikasının mülki qanunvericiliyi, müqavilə öhdəlikləri və əqdlərlə bağlı hüquqi normalar üzrə biliklər; - Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması üzrə ilkin praktiki bacarıqlar; - İddia-tələb işi və məhkəmə prosesləri üzrə baza biliklər; - Hüquqi araşdırma, normativ hüquqi aktların təhlili və hüquqi rəy hazırlamaq bacarığı; - Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, ingilis və ya rus dili biliyi; - MS Office proqramlarında (Word, Excel, Outlook) işləmək bacarığı; - Analitik düşünmə, detallara diqqət, rəsmi-işgüzar yazışma və sənədlərlə işləmək bacarığı; - Korporativ etik davranış və konfidensiallıq prinsiplərinə riayət etmək.