Bütün vakansiyalar

Kənd təsərrüfatı · Glorri

Mexanizator (Traktor sürücüsü)- Padarçöl təsərrüfatı

Agro Dairy LLCMuğan, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 30.09.2026 · Son tarix: 30.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Mexanizatorlar supervayzerinin təqdim etdiyi gündəlik və həftəlik plana uyğun olaraq kənd təsərrüfatı texnikalarının istifadəsini həyata keçirmək və müvafiq qeydlər aparmaq; - Texnikanı istehsalçının tələblərinə uyğun şəkildə işə hazırlamaq, lazımi parametrləri və kalibrləmələri tənzimləmək; - Sahə Rəhbəri və Aqronomun göstərişlərinə uyğun olaraq iş dərinliyi, sürət və əməliyyat enini tənzimləmək; - İş şəraiti və görüləcək işlərin nəticələri barədə müvafiq rəhbərə məlumat vermək; - Texnikada yaranan texniki nasazlıqları vaxtında müəyyən etmək və aidiyyəti şəxslərə məlumat vermək; - Texnikanın diqqətsiz və düzgün olmayan istifadəsi nəticəsində yarana biləcək risklərin qarşısını almaq; - Növbə təhvil-təslimi zamanı alət və avadanlıqların tam və saz vəziyyətdə olmasını təmin etmək; - Növbə zamanı görülmüş işlər və texnikanın vəziyyəti barədə müvafiq qeydlərin aparılmasını təmin etmək; - İdarə etdiyi texnikanın servis müddətlərini və moto-saat göstəricilərini izləmək və vaxtında məlumat vermək; - Mövsüm öncəsi texnika və avadanlıqların hazırlanması zamanı texniki şöbəyə dəstək göstərmək; - İşçilər və ətraf mühit üçün təhlükəsiz iş şəraitinin təmin edilməsinə riayət etmək; - Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək; - Əməyin mühafizəsi, texniki təhlükəsizlik və şirkətin daxili qaydalarına riayət etmək. - Müasir kənd təsərrüfatı texnikalarının səmərəli istismarı üzrə bilik və bacarıqlar; - Kənd təsərrüfatı, tikinti və ya ağır texnikaların idarə olunması üzrə minimum 2 il iş təcrübəsi; - Mobil texnika və kənd təsərrüfatı traktorlarını idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi; - Texnikanın əsas iş prinsipləri və istismar qaydaları üzrə biliklər; - Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı; - Məsuliyyətli, diqqətli və operativ olmaq; - Təhlükəsizlik qaydalarına ciddi riayət etmək.