Mühəndislik və istehsalat · Glorri
Niva Qaraj Mexaniki-Padarçöl
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 30.09.2026 · Son tarix: 30.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Nəqliyyat vasitələrinin gündəlik texniki baxışını, təmirini və texniki xidmətini həyata keçirmək; - Nəqliyyat vasitələrində yaranan mexaniki və texniki nasazlıqları müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırmaq; - Mühərrik, transmissiya, reduktor, val, podşipnik, mufta və digər mexaniki hissələrin texniki vəziyyətini yoxlamaq; - Ehtiyat hissələrinə olan tələbatı müəyyən etmək və tələb olunan hissələrin seçilməsi prosesində iştirak etmək; - Ehtiyat hissələrinin düzgün quraşdırılmasını, sazlanmasını və istifadəsini təmin etmək; - Planlı və preventiv texniki xidmət işlərini müəyyən edilmiş qrafikə uyğun həyata keçirmək; - Diaqnostika cihazlarından istifadə etməklə nəqliyyat vasitələrində yaranan nasazlıqları müəyyən etmək; - Nəqliyyat vasitələrinin istismar vəziyyətini mütəmadi olaraq yoxlamaq və texniki problemlər barədə məsul şəxsləri məlumatlandırmaq; - Görülmüş təmir və texniki xidmət işləri, istifadə olunan ehtiyat hissələri barədə müvafiq qeydləri aparmaq; - Nəqliyyat vasitələrinin texniki xidmət tarixlərini və növbəti xidmət ehtiyaclarını izləmək; - İşlək və qeyri-işlək nəqliyyat vasitələrinin vəziyyətinin monitorinqində iştirak etmək; - Avadanlıq və alətlərin saz, təmiz və istifadəyə hazır vəziyyətdə saxlanılmasını təmin etmək; - Nəqliyyat vasitələrinin düzgün və təhlükəsiz istismarı ilə bağlı operatorlara texniki dəstək göstərmək; - Şirkət tərəfindən təşkil olunan texniki və təhlükəsizlik təlimlərində iştirak etmək; - Şirkətin daxili prosedur və nizam-intizam qaydalarına riayət etmək. - Nəqliyyat vasitələrinin istismarı və ya əlaqəli sahə üzrə kollec və ya ali təhsil; - Mexanik vəzifəsində minimum 3 il iş təcrübəsi; - Nəqliyyat vasitələrinin mexaniki sistemləri üzrə praktiki biliklər; - Elektrik, hidravlika və dizel/benzin yanacaq sistemləri üzrə ümumi biliklər; - Diaqnostika avadanlıqlarından istifadə bacarığı; - Sürücülük vəsiqəsi; - Kompüter üzrə təməl biliklər; - Azərbaycan dili biliyi, digər dilləri bilmək üstünlükdür.