Digər · Glorri
Silo operator-Ceyrançöl təsərrüfatı
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 30.09.2026 · Son tarix: 30.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Taxıl və digər məhsulların silolara qəbulu, boşaldılması və təyinatına uyğun yerləşdirilməsini təmin etmək; - Konveyer, elevator, qurutma və təmizləyici avadanlıqların idarəetmə pultu vasitəsilə işini tənzimləmək; - Silolarda saxlanılan məhsulların temperatur və rütubət göstəricilərinə mütəmadi nəzarət etmək; - Məhsulun temperatur və rütubət göstəricilərinə uyğun olaraq ventilyasiya sistemlərini vaxtında işə salmaq; - Silo və texnoloji avadanlıqların texniki vəziyyətini mütəmadi yoxlamaq; - Avadanlıqlarda yaranan kiçik nasazlıqları müəyyən etmək və mümkün olduqda aradan qaldırmaq; - Məhsulların saxlanma prosesində müəyyən edilmiş texnoloji və təhlükəsizlik qaydalarına riayət etmək; - Silolarda məhsulların miqdarını, daxilolma və çıxarılma proseslərini gündəlik uçota almaq; - Görülmüş işlər və məhsul hərəkəti üzrə gündəlik hesabatların hazırlanmasını təmin etmək; - İş zamanı əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək. - Müvafiq texniki ali təhsil; - Oxşar istehsalat müəssisələrində, taxıl saxlanc anbarlarında və ya zavodlarda operator kimi iş təcrübəsi; - Elevator, konveyer və idarəetmə pultlarının iş prinsipi üzrə biliklər; - Texnoloji avadanlıqların istismarı və texniki təhlükəsizlik qaydaları üzrə biliklər; - Kompüter üzrə ilkin biliklər; - Ağır iş şəraitində, növbəli iş qrafikində və tozlu mühitdə işləmək bacarığı; - Əmək və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək; - Məsuliyyətlilik, diqqətlilik və operativlik.