Maliyyə və mühasibat · Glorri
KOS (SME) Kredit Monitorinqi üzrə Aparıcı/Baş mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 30.09.2026 · Son tarix: 30.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Bankın SME kredit portfeli üzrə davamlı monitorinqin aparılması və müştəri davranışlarının təhlili; - Kredit portfelində risklərin vaxtında aşkarlanması və erkən xəbərdarlıq siqnallarının (EWS) müəyyən edilməsi; - Müştərinin maliyyə göstəricilərinin (DSCR, dövriyyə, debitor və kreditor borcları və s.) dövri əsasda yenilənməsi və təhlil edilməsi; - Müştərinin öhdəliklərini yerinə yetirməsinə nəzarət, gecikmələrin, restrukturizasiyaların və qeyri-standart halların təhlili; - Kredit şərtlərinin (kovenantların) yerinə yetirilməsinə nəzarət və müvafiq hesabatların hazırlanması; - Problemli kreditlər üzrə ilkin diaqnostikanın aparılması və risklərin eskalasiyası üçün tövsiyələrin hazırlanması; - Sahə monitorinqlərinin təşkili və müştərinin biznes fəaliyyətinin real vəziyyətinin qiymətləndirilməsi; - Kredit dosyelərinin və müştəri sənədlərinin təhlili, zərurət yarandıqda onların yenilənməsinə nəzarət; - Kredit portfeli üzrə statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. - Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil; - Kreditlərin monitorinqi və ya maliyyə təhlili sahəsində minimum 2 il iş təcrübəsi; - Kredit portfeli üzrə risklərin idarə olunması və erkən xəbərdarlıq siqnallarının (EWS) təhlili üzrə biliklər; - Bank sektoru və Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ sənədləri üzrə baza biliklər; - Sahə yoxlamalarında iştirak təcrübəsi və yerli bizneslərin fəaliyyət prinsipləri barədə biliklər üstünlükdür; - Analitik düşünmə, operativ qərarvermə və problem həll etmə bacarığı.