Bütün vakansiyalar

Digər · Glorri

Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis (Ağdam)

Tabaterra MMCXXR2+7W2, Ağdam, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 30.09.2026 · Son tarix: 30.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

İş öhdəlikləri: • Hazır məhsulların müəyyən olunmuş tələblərə və təsdiq olunmuş cədvələ uyğun keyfiyyətinə nəzarət etmək • İstehsalat prosesini müşahidə etməklə nümunələr götürmək, hazır məhsulların fiziki parametrlərini ölçmək, vizual qiymətləndirmələr aparmaq • Bütün ölçmə nəticələrini və vizual yoxlama nəticələrinin xüsusi laboratoriya formasına (QA) uyğun elektron qaydada keyfiyyətə nəzarət jurnallarında qeydiyyatını aparmaq • İstehsal xəttindəki məhsul barədə hər hansı uyğunsuzluğu dərhal istehsalat sahəsində həmin xəttə məsul olan işçilərə məlumat vermək (mexanik, operator və s.) • İstehsal xəttindəki məhsulda uyğunsuzluq aşkar edildikdə, geri sıralama qaydasında nümunələr götürərək uyğunsuzluğun başladığı məhsulu müəyyən etmək və prosesin bərpası üçün xətt üzrə məsul olan şəxslərə köməklik göstərmək • Uyğunsuzluğun idarəedilməsi prosesini təşkil etmək və müvafiq sənədi(ləri) hazırlamaq • Mövcud prosedura uyğun olaraq brend dəyişdirmə prosedurunda iştirak etmək • İstehsalat prosesində yaranmış hər hansı problemə diqqət yetirmək və problemin aradan qaldırılması və prosesin gedişatının yaxşılaşdırılması üzrə təkliflər vermək • Birbaşa rəhbərinə mütəmadi olaraq müvafiq hesabatlar vermək Tələblər: • Kimya, Kimya mühəndisliyi sahəsində ali təhsil; • Keyfiyyətə nəzarət və istehsal sahəsində ən azı 1 il iş təcrübəsi • Laboratoriya avadanlıqları ilə işləmək bacarığı • Yaxşı İngilis və ya Rus dili biliyi (yazı və danışıq) • Microsoft Office proqramlarında işləmək bacarığı • Ünsiyyət və komandada işləmək bacarığı