IT və texnologiya · Glorri
Data analitik (Biznes) / Mütəxəssis / Aparıcı mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 30.09.2026 · Son tarix: 30.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Müştəri yönümlü və gəlir artırıcı təkliflərin hazırlanması üçün data əsaslı analizlərin aparılması və biznesə actionable insight-ların təqdim edilməsi; - Məhsul və xidmət portfelinin optimallaşdırılması üçün analitik modellər və seqmentasiya yanaşmalarının tətbiqi; - Biznes halların (Business Case) hazırlanması: gəlir, xərc, risk və ROI analizlərinin aparılması; - Marketinq kampaniyalarının (upsell, cross-sell, retention) planlanması, kampaniyaları idarə edilməsi platforması üzərindən real zaman senarilərin qurulması və performansının ölçülməsi; - Kampaniyaların ROI, müştəri davranışı, istifadə və gəlir göstəriciləri üzrə monitorinqi və hesabatların hazırlanması üçün Bi və Reportinq komandası ilə sıx əməkdaşlıq; - Müştəri 360° baxışının formalaşdırılması və inkişaf etdirilməsi (seqmentasiya, davranış analizi); - Məlumatların təmizlənməsi, transformasiyası və analiz üçün uyğun formata salınması; - Məlumat keyfiyyətinin (data quality) təmin edilməsi üçün Datanın İdarə edilməsi komandası ilə sıx əməkdaşlıq; - Mövcud sistem və proseslərdə təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və tətbiqinə dəstək; - Məlumat bazası ilə bağlı layihələrdə iştirak və texniki/analitik tələblərin verilməsi; - Biznes və texniki komandalar arasında kommunikasiya körpüsü rolunun icrası; Təhsil: - İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil. Tələb olunan iş təcrübəsi (il): - Data analitika, biznes analitika və ya əlaqəli sahədə minimum 2-3 il iş təcrübəsi; - CRM, məlumatların təhlili və işlənməsi və ya proqnozlaşdırma sahəsində, Telco, FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə minimum 1 illik iş təcrübəsinə malik olmaq arzuolunandır. Tələb olunan bilik, bacarıqlar - Biznes data analitikası, məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər; - Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə bilməli; Tələb olunan kompüter proqramları üzrə biliklər (1C, keeper və s.): - Yüksək Excel bilikləri; - SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqlar; - Stata, R, Phyton və digər statistik alətlər üzrə əsas biliklər; - Tableau \ Data Vizuallaşdırılması; - Kampaniyaların idarəedilməsi platforması üzrə təcrübə (EVAM) arzuolunandır. Tələb olunan şəxsi keyfiyyətlər: - Təhlil bacarığı; - Yaxşı ünsiyyət bacarığı; - Problem həlletmə bacarığı; - Komanda işi və əməkdaşlıq bacarığı.